İslamofobiya ilə bağlı məlumatları işıqlandıracaq yeni sayt fəaliyyətə başlayıb.
“Gündəmtv.az” xəbər verir ki, veb-resursun Bakıda “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda keçirilən beynəlxalq elmi konfrans çərçivəsində təqdimatı olub.
Bildirilib ki, saytda əsasən konfransla bağlı məlumatlar əks olunur, tədbir iştirakçıları da burada qeydiyyatdan keçirlər.
Eyni zamanda veb-resursda əvvəlki konfransların məlumatları da əks olunub.