DTX əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar.
Gündəmtv.az xəbər verir ki, bu barədə DTX-nin Mətbuat xidmətindən bildirilib.
Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.
Abidənin önünə gül dəstələri düzülüb, faciə qurbanlarının xatirəsi dərin ehtiramla yad olunub.