• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

Orxan Məmmədov: "Bakıda keçiriləcək dünya çempionatı azarkeşlərimiz üçün əsl bayram deməkdir"

Manşet / Siyasət / İdman

14-04-2025, 12:00


Dünya çempionatı azarkeşlərimiz üçün əsl bayram deməkdir.

“Gündəmtv.az” xəbər verir ki, bunu Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti Orxan Məmmədov Dünya Minifutbol Federasiyasının rəsmi saytına açıqlamasında deyib.

Qurum rəhbəri mayda Bakıda keçiriləcək dünya çempionatına hazırlıqlardan bəhs edib:

“İlk olaraq qeyd edim ki, Azərbaycan Minifutbol Federasiyası bu idman növünün ölkəmizdə inkişaf etməsi və populyarlaşması üçün ciddi işlər görür. Federasiyamız dünya və Avropa minifutbol federasiyaların fəal üzvü kimi bir çox tədbirlər və konfranslarda fəal iştirak edir və təcrübə mübadiləsi aparır. Yarandığı gündən etibarən federasiya milli komandamızın 3 Avropa çempionatı və dünya çempionatında iştirakını təmin edib. Bundan başqa, komandamızn Avropa çempionu olduqdan sonra 2022-ci il iyunun 14-də Prezident İlham Əliyev millimizin üzvlərini qəbul edib. Məhz ölkə rəhbərinin belə diqqətinin nəticəsidir ki, hazırda insanlar minifutbola ciddi maraq göstərirlər. Gündən-günə daha çox insan və hətta peşəkar futbolçu olmayanlar da minifutbola üz tuturlar. Azərbaycan olduqca böyük, beynəlxalq yarışlara, festivallara, qlobal forumlara, konfranslara - bir sözlə, nüfuzlu tədbirlərə ev sahibliyi edib. Belə böyükmiqyaslı tədbirlərin keçirilməsi üçün etimadın göstərilməsi heç də təsadüfi deyil. Bu, əlbəttə, Azərbaycanın qazandığı uğurların, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar qarşısında əldə etdiyi nüfuzunun ifadəsidir. Mundial ölkəmizdə böyük səbrsizliklə gözlənilir. Dünya çempionatı azarkeşlərimiz üçün əsl bayram deməkdir".

O, Bakıdakı mundialın özünəməxsus iz buraxacağını qeyd edib:

“Artıq Azərbaycan dünyada həm də beynəlxalq idman yarışlarının, dünya və Avropa çempionatlarının keçirildiyi unikal məkan statusuna da sahiblənib. Elə il yoxdur ki, ölkəmizdə hansısa beynəlxalq idman yarışı keçirilməsin. Hazırda isə idman ölkəsi daha bir nüfuzlu yarışı - minifutbol üzrə dünya çempionatını qəbul etməyə hazırlaşır. Əlbəttə, çətinliklərin olması təbiidir. Olduqca məsuliyyətli vəzifəni öhdəmizə götürmüşüksə, heç bir çətinlikdən çəkinməməliyik. Artıq hazırlıqların son mərhələsindəyik. Bu günə kimi hər şey plan üzrə davam edir. Azarkeşlər nəinki Milli Gimnastika Arenasında keçirilən möhtəşəm açılış mərasiminin və gözəl oyunların, həm də paralel olaraq Bakı bulvarında keçiriəcək maraqlı və əyləncəli tədbirlərin şahidi olacaqlar. Əminəm ki, həmin günlərdə hava şəraiti də yaxşı olacaq və azarkeşlərin Bakının gözəl yerləri ilə tanış olmasına şərait yaradacaq. İnanıram ki, Bakıdakı mundial dünya minifutbol tarixində özünəməxsus iz buraxacaq”.

O.Məmmədov qısa müddətdə kütləviliyə nail olduqlarını nəzərə çatdırıb:

“Bizim ölkədə böyük futbol qədər minifutbol da çox sevilir. Bu idman növünə maraq komandamızın Avropa çempionluğundan sonra daha da artıb. İndi bizim federasiyaya məxsus meydançalarımızda uşaqdan-böyüyə hər kəs minifutbol oynayır. Qısa müddətdə inanılmaz kütləviliyə nail olmaq bizi sevindirir. Azarkeşlərimiz isə bizi hər zaman dəstəkləyirlər. Məsələn, 2023-cü ilin mayında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirildi. Həmin yarışda müxtəlif ölkələrdən 10 komanda iştirak etdi. Bakı Tennis Akademiyasında keçirilən oyunlarda azarkeşlər millimizə möhtəşəm dəstək göstərdilər. Bu dəstək komandanın uğurlarına ciddi təsir göstərdi. Dünya çempionatında da onların güclü dəstəyini hiss edəcəyimizə əminəm”.

AMF-nin prezidenti sonda bütün azarkeşləri paytaxtımıza dəvət etdiklərini vurğulayıb:

"Digər ölkələrdən olan azarkeşləri Bakıda görməkdən məmnun olacağıq. Bizim ölkəmiz olduqca qonaqpərvər yerdir. Ən əsası isə gözəl və tam təhlükəsiz ölkədir. Bütün azarkeşləri paytaxtımıza dəvət edirik. Onlar nəinki gözəl oyunların şahidi olacaqlar, həmçinin Azərbaycanın fərqli mədəniyyəti və insanları ilə tanış olmaq imkanı əldə edəcəklər. İnanıram ki, Bakıdakı dünya çempionatı onların yaddaşında ən unudulmaz mundiallardan biri kimi qalacaq. Komandaların hər birinə isə uğurlar arzulayıram”.

Qeyd edək ki, Azərbaycan yığması dünya çempionatının A qrupunda Sloveniya, Mavritaniya və Bəhreynlə mübarizə aparacaq. 32 komandanın iştirak edəcəyi mundial mayın 21-dən iyunun 1-dək təşkil olunacaq.
Report.az

Paylaş:
Digər xəbərlər

Manşet / Siyasət

9-01-2025, 11:50

Azərbaycan Prezidenti reallığı İrəvana başa salmaq istəyir, amma anlamırlar ki… - Danielyan

Manşet / Siyasət / İdman

9-11-2024, 12:19

Avropa çempionatı Azərbaycanda keçiriləcək

Manşet / İdman

25-07-2024, 11:00

Azərbaycan bu dünya çempionatını keçirməkdən imtina etdi

Manşet

4-07-2024, 08:30

Dünya çempionatının final oyununun keçiriləcəyi yer AÇIQLANDI

Manşet / Siyasət

26-05-2024, 16:45

Zelenski onları da Sülh Sammitinə dəvət edib

Araşdırma
Kriminal
5-05-2025, 14:26
Məhkəmədə Serj Sarkisyan və Movses Akopyanın işğalda iştirakını ifşa edən material nümayiş olunub
21-04-2025, 20:38
Bayrağı təhqir etdiyi üçün kirayədə qaldığı evin sahibini öldürdü - HÖKM
21-04-2025, 14:20
Yüzlərlə Xocalı sakini Xankəndidə idi - Qukasyan soyqırımından danışdı
21-04-2025, 11:31
Bakıda 51 nəfərin zəhərlənməsi: prokurorluqda araşdırma başladı
18-04-2025, 15:57
"Sən türksən” deyib məni təpiklədi
18-04-2025, 13:20
Təkcə bir kartdan 34 min pul oğurlandı
Son xəbərlər
  • Dünən, 22:50
    “Haber Global”da Yekaterinburqdakı azərbaycanlılara qarşı hücumla bağlı süjet yayımlayıb
  • Dünən, 22:35
    Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi məhkəmə-tibbi ekspertizadan keçirilir
  • Dünən, 22:30
    Ərdoğan: Azərbaycan xalqına bir daha təşəkkürümü bildirmək istəyirəm
  • Dünən, 21:10
    Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi yaxınlarına təhvil verilib
  • Dünən, 20:53
    Paşinyan Kallasla Ermənistan-Azərbaycan sülh prosesini müzakirə edib
  • Dünən, 20:00
    Hərbi prokuror bayram günləri sərhədlərdə olub
  • Dünən, 19:57
    Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi yenidən ekspertiziya göndəriləcək
  • Dünən, 19:34
    Yekaterinburqda saxlanılan azərbaycanlılardan birinin qohumu: Əmimin ciyərlərinə su gəlib, qabırğaları sınıb
  • Dünən, 18:33
    Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb
  • Dünən, 12:00
    Böyük Qayıdışa dair Dövlət Proqramının monitorinqinə dair metodlar beynəlxalq mükafata layiq görülüb
  • Dünən, 11:54
    “İƏT Həftəsi” çərçivəsində ilk dəfə Laçında Qadınlar Forumu keçiriləcək
  • Dünən, 11:33
    Azərbaycan XİN-də yeni idarə yaradılıb
  • Dünən, 11:30
    Kinostudiyanın ərazisində baş verən partlayışla bağlı cinayət işi başlanıb
  • Dünən, 10:30
    “ASAN xidmət” modeli Ruandada da tətbiq ediləcək, anlaşma memorandumu imzalanıb
  • Dünən, 10:10
    Yekaterinburqda qətlə yetirilən Səfərov qardaşlarının nəşi bu gün Azərbaycana gətiriləcək
  • Dünən, 09:20
    Fransa Ermənistanın Azərbaycanla şərti sərhədinə yaxın ərazilərə nüvə tullantıları daşıyır - BƏYANAT
  • Dünən, 08:42
    Cəbrayıl, Zəngilan və Laçında əmək yarmarkalarında 60 vakansiya təqdim olunub
  • Dünən, 07:34
    Keçmiş məcburi köçkün: Bu günə görə Prezidentimizə minnətdarıq
  • Dünən, 07:00
    Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
  • Dünən, 06:50
    Kəngərli sakini: Kənddə bizim üçün çox gözəl evlər tikilib
  • Dünən, 06:50
    Kəngərli sakini: Kənddə bizim üçün çox gözəl evlər tikilib
  • Dünən, 01:10
    “Haber Global”: Rusiya azərbaycanlılara qarşı zorakılıqlara yalanlarla don geyindirməyə çalışır
  • 28-06-2025, 19:37
    Azərbaycan və FAO arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
  • 28-06-2025, 19:23
    Azərbaycan XİN Pakistana başsağlığı verib
  • 28-06-2025, 19:10
    Rusiya XİN Uralda azərbaycanlılara qarşı zorakılığa münasibət bildirib
  • 28-06-2025, 14:20
    Heydər Əliyev adına Hərbi İnstitutda buraxılış mərasimi keçirilib
  • 27-06-2025, 21:54
    QDİƏT üzvləri uğurlu sədrliyə görə Azərbaycana minnətdarlıqlarını bildiriblər
  • 27-06-2025, 20:40
    XİN: İranın ermənipərəst səfiri ilə bağlı lazımi addımlar atmasını gözləyirik
  • 27-06-2025, 20:20
    XİN: İranın Ermənistandakı səfirinin əsassız və təxribatçı iddialarını qətiyyətlə rədd edirik
  • 27-06-2025, 19:31
    Çıxarışı olmayan mənzillərlə bağlı vacib xəbər -VİDEO
  • 27-06-2025, 19:30
    Partlayışda tikili dağılıb, kinostudiyanın inzibati binası və yaxın yaşayış binasına ziyan dəyib - RƏSMİ
  • 27-06-2025, 19:03
    Bölgələrdə taksilər niyə bahalaşdı?
  • 27-06-2025, 19:01
    Kinostudiyanın ərazisindəki partlayış sakinlərin başına oyun açdı -VİDEO
  • 27-06-2025, 17:20
    Ankara və İrəvan arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib
  • 27-06-2025, 16:49
    "Azərbaycanfilm": Kinostudiya gündəlik fəaliyyətini davam etdirir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundemtvazz@gmail.com
  • Telefon: (+99450) 253 75 01
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2021-2024
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə