Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Əsgər Nicat oğlu Musazadə ilə Lənkəran rayonunun Göyşaban kəndində keçirilən vida mərasimi başa çatıb.
Ə.Musazadə Göyşaban kənd qəbiristanlığında dəfn olunub.
***
Cəbrayılda hərbçinin həlak olması faktı ilə bağlı araşdırma aparılır.
Gündəmtv.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, xidməti vəzifəsini yerinə yetirərkən Cəbrayıl rayonu ərazisində aşkar edilmiş sursat partlayışı nəticəsində Lənkəran rayonundan olan hərbçi Musazadə Əsgər ağır xəsarətlər alıb. Ona ilkin tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Hərbi Prokurorluqda və DSX-də araşdırmalar ap
***
Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Əsgər Nicat oğlu Musayev Cəbrayıl rayonunda minaya düşərək həlak olub.
Gündəmtv.az-ın “Report”a istinadən məlumatına görə, mərhumun nəşi dəfn olunması üçün Lənkəran rayonuna gətirilib.
Ə.Musayev Göyşaban kənd qəbiristanlığında torpağa tapşırılacaq.