Qidalanmaya fiki verməklə həm zehni həm də psixi sağlamlığıq qorumaq mümkündür.
Gündəmtv.Az xəbər verir ki, qida dəyəri yüksək olan məhsullardan istifadə ürək-damar və beyin sağlamlığı üçün çox əhəmiyyətlidir.
Nevrologiya mütəxəssisi Dr. Aaron Lord beyin sağlamlığını yaxşılaşdıran 8 qidanı aşağıdakı kimi sadalayıb.
Zəncəfil
Sağlamlığa faydaları saymaq bitməyən zəncəfil güclü antioksidant mənbəyi kimi tanınır. Alzheimer xəstəliyinə səbəb olan amiloid lövhələrini parçalayan kurkuminlə zəngin olan zəncəfil qara bibərlə birlikdə istehlak edildikdə daha yaxşı təsir göstərir.
Balıq
Omeqa-3 yağ turşuları ilə zəngin olan balıq beyin sağlamlığı üçün unikal mənbədir. Dr. Aaron Lord, müntəzəm qızılbalıq yeməyin uzun müddətdə beyinə müsbət təsir göstərəcəyini deyib.
Yaşıl yarpaqlı tərəvəzlər
C vitamini, lif, folat, lutein və beta karotinlə zəngin olan yaşıl yarpaqlı tərəvəzlər ürək, damar və beyin sağlamlığı üçün mükəmməldir. Dr. Aaron Lord qulançar və brokoli kimi tərəvəzləri buxarda bişirməyi və ya qaynatmağı tövsiyə edir.
Pomidor
Mütəxəssisin sözlərinə görə, likopenlə zəngin olan pomidor iltihabı və oksidləşdirici stressi azaltmaqda çox təsirlidir.
Quru meyvələr
2021-ci ildə “Circulation” jurnalında dərc edilən bir araşdırmaya görə, iki il ərzində hər gün yarım stəkan qoz yeyən insanlarda xolesterinin səviyyəsinin aşağı düşür.
Quru meyvələr beyin sağlamlığını dəstəkləyən tərkibə malikdir. Xüsusilə qozda yüksək miqdarda omeqa-3 və omeqa-6 yağ turşuları var.
Zeytun yağı
Dəri sağlamlığından saç sağlamlığına qədər demək olar ki, hər sahədə təsirli olan zeytun yağı tərkibindəki təkli doymamış yağlar sayəsində pis xolesterini azaldır, yaxşı xolesterolu artırır.
Qəhvə və çay
Qəhvə və çay flavonoidlərlə zəngindir və glisemik nəzarəti yaxşılaşdıra bilər. Doktor Aaron Lord bildirir ki, siz bu məşhur içkiləri rutininizə əlavə edə bilərsiniz, lakin miqdarına diqqət yetirməlisiniz.
Popkorn
Doktor Lord qeyd edir ki, evdə hazırlanmış təzə kəsilmiş popkorn kartof cipslərindən daha bəsləyici və sağlam alternativdir.