Xəbər verdiyimiz kimi, ANAMA-nın əməkdaşı, 1991-ci il təvəllüdlü Xankişiyev Heydər Əli oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb.
Gündəmtv.az Xəzər TV-yə istinadən xəbər verir ki, H. Xankişiyev İmişli rayonunun Sarıxanlı kənd sakinidir.
O, Birinci Qarabağ müharibəsinin şəhidi Xankişiyev Əli Şahlar oğlunun övladıdır.
Polis baş çavuşu olmuş Əli Xankişiyev 1991-ci ilin 14 noyabrında Cəbrayıl rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.