• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

Ştaynmayerin səfəri: İkitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri nə vəd edir - Açıqlama

Manşet / Siyasət

3-04-2025, 14:52


“Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri ikitərəfli münasibələrlə yanaşı, regionlararası əməkdaşlıq və Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunması baxımdan siyasi əhəmiyyət kəsb edən səfərdir. Bunun üçün Almaniya Prezidentinin Azərbaycan Prezidenti cənab İlham Əliyevlə keçirilən görüşlər və mətbuata verilən bəyanatlara diqqət yetirmək kifayətdir”.

Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.

Deputat bildirib ki, Almaniya Prezidentinin Azərbaycana səfərini belə dəyərləndirə bilər:
“Birincisi, ikitərəfli münasibətlər baxımından. Səfər iki ölkə arasındakı münasibətlərin yeni bir mərəhələyə qədəm qoymasına öz töhfəsini verəcək. Hər iki tərəf bərabərhüquqlu səviyyədə ikitərəfli münasibətlərin inkişafında maraqlı olduğunu verdikləri bəyanatlarla ortaya qoydular. Azərbaycan Prezidenti İlham Əliyev ikitərəfli əlaqələrin inkişafı ilə bağlı məsələlərə toxunaraq əminliklə bəyan etdi ki, bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcək: “İqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır. Çünki bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz təxminən üç dəfə artıb. Ona görə biz hesab edirik ki, gələcək illərdə öz ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı daha fəal addımlar atmalıyıq. Xüsusilə bərpaolunan enerji sahəsində və Almaniya şirkətlərinin də bu sahədə çox böyük təcrübəsi var. Azərbaycanın da bu istiqamətdə çox böyük proqramı, planları var”.

Almaniyanın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu qeyd edən Prezident Frank-Valter Ştaynmayer əlaqələrin inkişafı üçün iki ölkə arasında qədim tarixi bir ənənənin mövcud olduğunu və uzaq olmayan keçmişdə, Rusiya-Ukrayna müharibəsinin başladığı 2022-ci ildə Azərbaycanın Almaniya üçün böyük rol oynadığını diqqətə çatdırıb: “Rusiyadan aldığımız qaz təchizatında dayanma baş verdiyi zaman Azərbaycan üzərinə böyük məsuliyyət götürdü və mən buna görə Sizə çox təşəkkür edirəm. Sizin sözlərinizdən elə başa düşdüm ki, burada qaz ilə yanaşı, infrastrukturun genişləndirilməsinə də ehtiyac var. Beləliklə, infrastrukturun yaxşılaşdırılması üzərində Avropada işləməliyik. Çünki o, hələ də kifayət həcmdə deyil. Bir sözlə, bu görüşlərdən sonra yeni ev tapşırıqlarımız da var.
Çox şadam ki, Azərbaycan inkişaf edərək mühüm məkana çevrilib və buradan olduqca vacib ticarət yolları keçir, öz növbəsində həmin amil dünyanın birləşməsinə əsas ola bilər. Biz iqtisadi-ticari münasibətlərimiz haqqında danışdıq. Yalnız Mərkəzi Asiya ilə deyil, həm də Uzaq Şərqlə, o cümlədən Cənub-Qərbi Asiya və Çinlə Almaniyanın ticarət əlaqələrində ölkənizin rolu var”.

Bu onu deməyə əsas verir ki, Almaniya Azərbaycanla iqtisadiyyatın müxtəlif sahələrində həm ikitərəfli, həm regional müstəvidə əməkdaşlıqda maraqlı olduğunu ortaya qoydu.

İkincisi, Azərbaycan-Almaniya əlaqələrinin inkişafı regional əməkdaşlığa təkan verilməsi baxımdan geniş imkanlara malikdir. Bu gün Azərbaycan Avrasiya coğrafiyasında təkcə enerji dəhlizlərinin deyil, eyni zamanda logistika Şərq-Qərb, Şimal-Cənub dəhlizlərinin xəritəsini müyyən edən açar ölkələrdən biridir.

Üçüncüsü, Cənubi Qafqazda dayanıqlı sülhə töhfə verilməsi baxımdan da Almaniyanın mühüm rolu ola bilər. Bu gün Almaniya Avropa İttifaqının, ümumiyyətlə Avropanın gələcəyini müəyyən edən ölkələrdən biri kimi Cənubi Qafqazda dayanıqlı sülhün, təhlükəsizliyin əldə olunmasında ciddi rol oynaya bilər.

Dördüncüsü, Aİ ilə Azərbaycan arasında əlaqələrin inkişafında Almaniya geniş imkanlara malikdir.

Beşincisi, Azərbaycanın öz maraqlarını və baxışlarını dünyaya çatdırmaq baxımdan xüsusi əhəmiyyət kəsb edir. Prezident cənab İlham Əliyev Almaniya Prezidenti istər təkbətək, istər ikitərəfli görüşlərdə, istərsə də mətbuata bəyanatında Azərbaycanın daxili, xarici siyasəti, xüsusən də Ermənistanla sülh şərtləri barədə mesajlarını, mövqeyini dünyaya çatdırdı. Cənab Prezident İlham Əliyev beynəlxalq aləmə mesaj verdi ki, Azərbaycan sülühn tərəfdarı olduğu üçün ən optimal şərtlər irəli sürüb. Əgər Azərbaycan sülhdə maraqlı olmasaydı, elə şərtlər irəli sürərdi ki, qarşı tərəf bundan imtina edərdi. Cənab prezident həm də bəzi Avropa ölkələrinin, xüsusən də Fransanın bölgədə dayanıqlı sülhə mane olmasını beynəlxalq aləmin diqqətinə çatdırdı. Almaniya tərəfi də bu məsələ ilə bağlı mövqeyini ortaya qoyaraq Azərbaycanın ərazi bütövlüyünü və Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bəyan etməsi çox mühüm əhəmiyyət kəsb edir. Yekun olaraq onu qeyd etmək olar ki, Prezident Frank-Valter Ştaynmayerin ökəmizə səfəri nəticə etibarilə Azərbaycan-Almaniya arasında ikitərəfli münasibətlərinin yeni mərhələyə qədəm qoyması ilə yanaşı, regional əməkdaşlığa təkan verəcək”.

Paylaş:
Digər xəbərlər

Manşet / Siyasət

2-04-2025, 19:38

Əgər Almaniya istəyirsə, bunu etməlidir - Açıqlama

Manşet / Siyasət

2-04-2025, 22:07

Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri başa çatıb

Manşet / Siyasət

2-04-2025, 12:34

Azərbaycan və Almaniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB

Manşet / Siyasət

2-04-2025, 10:03

Frank-Valter Ştaynmayerin Bakıda rəsmi qarşılanma mərasimi olub

Manşet / Siyasət

2-04-2025, 13:09

Almaniya prezidenti Bakıdan paylaşım etdi

Araşdırma
Kriminal
5-05-2025, 14:26
Məhkəmədə Serj Sarkisyan və Movses Akopyanın işğalda iştirakını ifşa edən material nümayiş olunub
21-04-2025, 20:38
Bayrağı təhqir etdiyi üçün kirayədə qaldığı evin sahibini öldürdü - HÖKM
21-04-2025, 14:20
Yüzlərlə Xocalı sakini Xankəndidə idi - Qukasyan soyqırımından danışdı
21-04-2025, 11:31
Bakıda 51 nəfərin zəhərlənməsi: prokurorluqda araşdırma başladı
18-04-2025, 15:57
"Sən türksən” deyib məni təpiklədi
18-04-2025, 13:20
Təkcə bir kartdan 34 min pul oğurlandı
Son xəbərlər
  • Bu gün, 12:53
    Azərbaycan Keniyanın Gənclərin Liderlik və İnnovasiya Mərkəzinə maliyyə yardımı təqdim edib
  • Bu gün, 12:40
    Doktoranturaya qəbul üzrə danışıq imtahanları keçirilib
  • Bu gün, 11:24
    Anar Bağırov: Vəkillər Kollegiyasına qəbul müntəzəm həyata keçirilir
  • Bu gün, 10:10
    Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu layihəsi Beynəlxalq Yol Federasiyasının mükafatına layiq görülüb
  • Bu gün, 10:05
    Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün imtahan başlayıb - YENİLƏNİB
  • Bu gün, 09:17
    Elçin Əmirbəyov: Ermənistanla normallaşma üçün saziş layihəsinin mətni üzrə müzakirələr tamamlanıb
  • Bu gün, 05:30
    Bu gün 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
  • Dünən, 18:20
    Ruanda səfiri: Azərbaycan müstəqillik illərində sülhə üstünlük verib və bu, nailiyyətlər qazandırıb
  • Dünən, 17:17
    Şuşada ilk dəfə Aşura ilə əlaqədar qanvermə aksiyası keçirilib
  • Dünən, 17:12
    Azərbaycan pilotlarının yüksək peşəkarlıq sərgilədiyi “Anadolu Qartalı-2025” təlimindən
  • Dünən, 10:22
    Dövlət Dəniz və Liman Agentliyi zərərdən mənfəətə keçib
  • Dünən, 10:13
    "Anadolu Qartalı-2025"də iştirak edən azərbaycanlı pilot: Məqsəd ölkələrin taktika və texnikalarını öyrənməkdir
  • Dünən, 02:00
    Qərbi Azərbaycan Xronikası: Güllə səsləri eşidilirdi, camaat məcbur qalıb kəndi tərk etdi
  • 4-07-2025, 16:43
    Mediada saxta məlumatların dərc edilməsinə yol verilməməsinə dair yeni normalar müəyyənləşir
  • 4-07-2025, 16:01
    Mahinur Özdemir Göktaş: Laçında keçirilən İƏT Qadınlar Forumu əhəmiyyətli regional dialoqun başlanğıcı olub
  • 4-07-2025, 16:00
    ECO-nun Baş katibi: Xankəndidə tarixi Zirvə görüşünün təşkilində yaxından iştiraka görə İlham Əliyevə təşəkkür edirik
  • 4-07-2025, 15:21
    Türkmənistanlı nazir: ECO enerji üzrə əməkdaşlığın gücləndirilməsi istiqamətində böyük potensiala malikdir
  • 4-07-2025, 14:38
    Emoməli Rəhmon: "Tacikistan ECO-ya üzv ölkələrlə ticarət dövriyyəsini artırmaqda maraqlıdır"
  • 4-07-2025, 14:38
    Ərdoğan: Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram
  • 4-07-2025, 14:12
    Ermənistan silahlı qüvvələrinin Kəlbəcərin işğalı zamanı mülki əhalini, uşaqları atəşə tutması ilə bağlı ifadələr dinlənilib – MƏHKƏMƏ
  • 4-07-2025, 13:40
    İlham Əliyev: Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib
  • 4-07-2025, 13:37
    Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
  • 4-07-2025, 12:22
    Rusiyanın Kiyevə hücumu nəticəsində azərbaycanlılara məxsus restoran yanıb - FOTOREPORTAJ
  • 4-07-2025, 12:17
    İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib
  • 4-07-2025, 12:13
    TDT-nin Baş katibi ECO-nun 17-ci Zirvə görüşündə iştirak etmək üçün Xankəndidədir
  • 4-07-2025, 12:07
    Ərdoğan Azərbaycana səfərə gəlib - YENİLƏNİB
  • 4-07-2025, 12:02
    Tacikistan Prezidenti Xankəndiyə gəlib - YENİLƏNİB-2
  • 4-07-2025, 11:54
    “İnnovasiyalar Mərkəzi” “Bayraktar Texnoloji Azərbaycan”la əməkdaşlığa başlayır
  • 4-07-2025, 11:47
    Azərbaycan millisinin baş məşqçisi: "Ermənistan üzərində qələbə çox gözəl oldu"
  • 4-07-2025, 11:44
    Pakistanın Baş naziri Xankəndiyə gəlib
  • 4-07-2025, 11:37
    Paşinyan: Ümid edirəm ki, ABŞ regionda uzun müddətdir gözlənilən sülhə fundamental töhfə verəcək
  • 4-07-2025, 11:31
    MM Azərbaycanla Səudiyyə Ərəbistanı arasında iki Anlaşma Memorandumunu ratifikasiya edib
  • 4-07-2025, 11:06
    Azərbaycan Prezidenti: Nəhəng infrastruktur layihələrinin həyata keçməsinə ABŞ-nin göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndiririk
  • 4-07-2025, 11:04
    Ceyhun Bayramov Xankəndidə BMT rəsmisi ilə görüşüb
  • 4-07-2025, 11:03
    İlham Əliyev: Azərbaycan-ABŞ tərəfdaşlığını keyfiyyətcə yeni səviyyəyə yüksəltmək üçün yaxşı imkanlar var
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundemtvazz@gmail.com
  • Telefon: (+99450) 253 75 01
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2021-2024
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə