Bu gün İmişlinin şəhərinin bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.
"Gündəmtv.az" "Report"a istinadla xəbər verir ki, İmişli QPS-dən qidalanan M.Müşfiq və G.Şıxlinski küçələrində müxtəlif diametrli qaz xəttlərində qaz sızmalarının ləğvi və təmir işlərinin görülməsi məqsədiilə əlaqədar saat 09:30-dan etibarən işlər başa çatanadək qeyd olunan küçələrdə (573 abonent) qaz təminatının daxildən dayandırılması planlaşdırılır.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.