Taksi ilə bağlı islahatlar 2024-cü ilin əvvəlində ciddi şəkildə qarşımızda duran məsələ idi.
Gündəmtv.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin bu gün keçirilən mətbuat konfransında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.
O bildirib ki, taksilərdə orta yaş 7 ilə enib:
“Taksilərin şəhərdə eyni rəngdə olması müşahidə edilir. 2024-cü ilin dekabr ayını əvvəlki ilin müvafiq dövrü ilə müqayisə etdikdə, taksi sifarişlərinin sayında 32 faiz azalma müşahidə edilib. E-taksi sistemi formalaşdırılıb”, - sədr qeyd edib.