"Son illər Azərbaycanın möhtəşəm qələbələrə, zəfərlərə, uğurlara imza atması artıq bir ənənə halını alıb. 2024-cü ildə Azəbaycan üçün siyasi, iqtisadi, hərbi, xarici siyasət baxımdan ciddi uğurları və qələbələri ilə yadda qalıb".
Bunu Ölkə.Az-a açıqlamasında deputat Məlahət İbrahimqızı deyib
Onun sözlərinə görə, Azərbaycan bu uğurlara ancaq və ancaq müasir Azərbaycan dövlətinin memarı və qurucusu Ulu öndər Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan inkişaf strategiyasının cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirməsi nəticəsində mümkün olub.
"Biz bu gün bir daha Ulu öndərin cənab Prezident İlham Əliyevi öz siyasi irsinin layiqli davamçısını müəyyən etməsi və özünəxas müdriklik və uzaqgörənliklə bəyan etdiyi “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” ifadəsinin bu gün dünyada təsdiqləməsinin şahidi oluruq. Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanın xaosdan, vətəndaş müharibəsindən və ölkəsinin siyasi xəritədən silinmə təhlükəsindən xilas edərək müstəqilliyinin dönməzliyinin, təhlükəsizliyinin, sabitliyinin təmin edilərək, davamlı inkişaf mərhələsinə qədəm qoyması kimi xarakterizə olunursa, cənab Prezident İlham Əliyevin hakimiyyəti dövrü ölkəmizin hərtərəfli sıçrayışlı inkişaf, güclü, qüdrətli dövlətə çevrilib qələbələrə imza atan dövrü kimi xarakterizə edilir".
Deputat bildirib ki, Prezident İlham Əliyevin liderliyi altında həyata keçirilən hərtərəfli islahatlar, yürüdülən daxili və xarici siyasət nəticəsində Azərbaycan qısa zamanda iqtisadi, hərbi cəhətdən dünyanın güclü və qüdrətli ölkələrindən birinə çevrildi: "Məhz cənab Prezidentin yürütdüyü uğurlu xarici diplomatiya nticəsində Azərbaycan beynəlxalq miqyasda ciddi uğurlara imza ataraq dünyada xüsusi nüfuza və hörmətə malik bir ölkə kimi tanındı. Bu uğurlu siyasətin nəticəsi olaraq Azərbaycan dünyanın ən mötəbər BMT, Qoşulamama Hərəkatı və digər beynəlxalq təşkilatlara rəhbərlik etdi. Azərbaycanın sədrliyi dövründə həmin beynəlxalq təşkilatların fəaliyyətində ciddi dönüş əldə edildi və beynlxalq miqyasda daha nüfuzlu və söz sahibi olan təşkilata çevrildi. Azərbaycanın sədrliyi dövründə həmin təşkilatlar beynəlxalq miqyasdakı problemlərin həllinə ciddi rol oynadı. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə COVİD19 pandemiyası kimi qlobal poblemin həllində oynadığı rolu qeyd etmək kifayətdir. Məhz Azərbaycanın təşəbbüsü və ciddi səyi nəticəsində pandemiyaya qarşı beynəlxalq aləmin birgə mübarizəsini təşil etmək mümkün oldu. Prezident İlham Əliyevin uğurlu xarici siyasəti, o cümlədən qlobal çağırışlara zamanında çevik reaksiya verib ölkəmizin maraqlarına uyğun transmilli enerji, iqtisadi, nəqliyyat, taranzit-yükdaşıma, kommunikasiya layihələrini həyata keçirilməsinə nail olması nəticəsində Azərbaycanın qısa zamanda beynəlxalq miqyasda təkcə nüfuzlu bir ölkə deyil, eyni zamanda ciddi bir oyunçu kimi qəbul edilməsi ilə nəticələndi. Azərbaycan Avrasiya coğrafiyasında Qərblə Şərqi, Şimalla Cənubi birləşdirən bir logistik mərkəzə çevrildi. Bütün bunlar isə nəticə etibarı ilə Azərbaycanın təhlükəsizliyinin daha etibarlı şəkildə təminatçısı rolunu oynamaqla yanaşı, ölkəmizin qarşısında duran çağırışların, hədəflərin, problemlərin həllinə yeni imkanlar və fürsətlər yaratdı. Konkret hədəflərə xidmət edən uzaqgörən, müdrik, qətiyyətli və cəsarətli siyasət nəticəsində xeyrimizə olmayan geosiyasi prosesləri xeyrimizə dəyişməklə Azərbaycanın qarşısında bir nömrəli problem kimi dayanan Ermənistanın işğalçılıq siyasətinə son verilərək ərazi bütövlüyü təmin olundu, suverenliyi tam şəkildə bərpa edildi. Bununla da Azərbaycan Avrasiya corafiyasında yeni reallıqlar yaratmış oldu.
Hazırda Azərbaycan yeni reallıqların yaratdığı çağırışlara, hədəflərə uyğun siyasətini uğurla həyata keçirməkdədir. Yürüdülən siyasət öz bəhrəsini verməkdədir. Azərbaycan qlobal miqyasda daha ciddi aktor rolunda çıxış etməkdədir. Bu il ölkəmizdə keçirilən COP29 bunun bariz nümunəsidir. Uğurla başa çatan COP29 Azərbaycanın gücü ilə yanaşı, beynəlxalq miqyasda necə bir ciddi oyunçu olmasını, həm də ölkəmizin qarşıdakı müddətdə inkişaf strategiyası hədəflərini müəyyən etdi.
Əgər 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" ölkəmizin bu günədək qarşısında duran hədəflərin icrasına xidmət etdisə, COP29 Azərbaycanın yeni hədəflərinə nail olunmasına xidmət edəcək. Bir daha qeyd edirəm ki, bütün bunlar ancaq cənab İlham Əliyevin ölkəmizə liderliyi nəticəsində mümkün olub. Əminəm ki, bundan sonra Azərbaycan bundan sonra da cənab Prezidentin liderliyi altında daha ciddi qələbələrə imza atacaq".