Hazırda Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyanın haradan davam edəcəyi ilə bağlı müzakirələr gedir.
Gündəmtv.Az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
Simonyan hesab edir ki, sərhədlərin delimitasiyası komissiyaları haqqında reqlamentin mövcudluğu həm Azərbaycanın, həm də Ermənistanın ən böyük qələbəsidir.
"Bu, ikitərəfli qələbədir, bu, Ermənistan və Azərbaycan arasında ilk dövlətlərarası sənəddir, onun həyata keçirilməsi iki ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün ən mühüm təməl daşlarında n biridir", - o deyib.
Alen Simonyan Ermənistanla Azərbaycan arasında bu məsələdə müsbət prosesin baş verəcəyinə ümidlə baxır.
O bildirib ki, hazırda demarkasiyanın haradan davam etdirilməsi ilə bağlı qərar yoxdur.
"Hazırda delimitasiyanın harada davam edəcəyi ilə bağlı müzakirələr gedir", - Simonyan bildirib.
Spiker onu da əlavə edib ki, siyasi iradə olarsa, bütün məsələləri həll etmək olar.
“Hesab edirəm ki, aparılan müzakirələr də buna yönəlib”, - o bildirib.