Türklərin səhər süfrələrinin vazkeçilməz hissəsi olan küncüt halvası ilə bağlı böyük qalmaqal yaşanıb. Həmin halvanın tərkibində sağlamlığa zərərli maddə aşkar edilib.
"Gündəmtv.az" xəbər verir ki, xüsusilə səhər yeməyində 7-70 yaş arası bir çox insanın həvəslə istehlak etdiyi küncüt halvasında insan sağlamlığına zərərli bakteriyalar aşkarlanıb.
Sağlamlığa təhlükə yaradan halvada aşkar edilən Salmonella bakteriyasının istehlakdan sonra 6-72 saat ərzində yüksək hərarət, ishal, ürəkbulanma, qusma, titrəmə, baş ağrısı və qanama kimi əlamətlərə səbəb ola biləcəyi üzə çıxıb.
Almaniyada yerləşən bazar rəflərindəki küncüt halvasında Salmonella bakteriyası aşkar edildikdən sonra şirkətlər məhsullarını geri çağırıb.
Geri çağırılan məhsullar vanil susam pastası ilə hazırlanmış küncüt halvasıdır. 350 və 700 qramlıq paketlərdə təklif edilir. Müayinələrdə bu tarixlə bəzi məhsullarda Salmonella bakteriyası aşkar edilib.(publika.az)