• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

Azərbaycanın şanlı tarixi: Zəfər Günü

Manşet / Siyasət

1-11-2024, 12:00


Heç şübhəsiz ki, 8 Noyabr Zəfər Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı və dövlətimizin, millətimizin gücünü və iradəsini dünyaya sübut etdi. Bu gün 2020-ci ildə Vətən müharibəsində Ermənistanın işğalçı qüvvələrinə qarşı qazandığımız qələbəni qeyd edirik. Azərbaycan dövləti siyasi, hərbi, hüquqi və s. müstəvilərdə 30 ilə yaxın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarını geri qaytarmaq üçün yorulmadan mübarizə apardı və bu mübarizənin ən böyük nəticəsi 44 günlük Vətən müharibəsində əldə olundu.

Beynəlxalq aləm tərəfindən Qarabağ Azərbaycanın tarixi və mədəni irsinin ayrılmaz parçası kimi tanınsa da, müxtəlif dövlətlərin ikili standarları səbəbindən uzun illər davam edən işğal, yalnız ərazilərin yox, həm də mədəniyyətimizin, abidələrimizin, təbii sərvətlərimizin itirilməsi ilə nəticələndi. Lakin 2020-ci ildə, obrazlı şəkildə desək, başlanan ədalət savaşı bu ədalətsizliyə son qoydu. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında “Dəmir Yumruq” əməliyyatına başladı və bir-birinin ardınca işğal olunmuş torpaqlarını azad etdi. Bu zəfərin əsas nöqtəsi isə Şuşa şəhərinin işğaldan azad olunması oldu. Şuşanın azad edilməsi ilə Ermənistan hərbi və psixoloji olaraq məğlubiyyətini qəbul etmək məcburiyyətində qaldı və 10 noyabr 2020-ci ildə üçtərəfli bəyanatı imzalamalı oldu.

19 sentyabr 2023-cü ildə isə şanlı ordumuz Azərbaycanın digər işğalda qalan ərazilərini cəmi birgünlük antiterror əməliyyatından sonra geri qaytardı və ölkəmizin suverenliyi tam bərpa olundu.

İndi Qarabağ və Şərqi Zəngəzurda tamamilə yeni bir dövr başlayıb. Bu torpaqların azad edilməsindən sonra bu ərazilərdə genişmiqyaslı quruculuq işlərinə start verilib. Prezident İlham Əliyevin dediyi kimi, Qarabağ cənnətə çevrilir. Bu istiqamətdə yollar, hava limanları, məktəblər, xəstəxanalar, sənaye obyektləri tikilir və region iqtisadi cəhətdən yenidən dirçəlir. Ən önəmli məsələlərdən biri də məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıtmasıdır. Onlar illərlə doğma torpaqlarına qayıtmağı arzulayıblar və indi yuxu kimi gələn bu xəyallar reallığa çevrilir.
Azərbaycan dövlətinin məqsədi Qarabağı və Şərqi Zəngəzuru güclü iqtisadi və sosial regionlara çevirməkdir. Tikinti və bərpa işləri təkcə şəhərlərlə məhdudlaşmır, kəndlər də yenidən qurulur. Bununla yanaşı, ərazilərin minalardan təmizlənməsi prosesinə də xüsusi diqqət yetirilir. Məcburi köçkünlər isə böyük sevinclə öz yurdlarına qayıdırlar, çünki onlar üçün Qarabağ sadəcə bir torpaq parçası deyil, müqəddəs məkandır.

8 Noyabr Zəfər Günü, təkcə hərbi qələbənin deyil, həm də Azərbaycanın birliyinin, həmrəyliyinin və millət olaraq əzmkar duruşunun ifadəsidir. Bu zəfər Azərbaycanın regionda gücünü bir daha təsdiqlədi və beynəlxalq arenada mövqeyini gücləndirdi. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması ilə bu ərazilər yenidən çiçəklənəcək və Azərbaycan xalqının qürur mənbəyi olmağa davam edəcək.

Qarabağ Azərbaycandır!

Vəliyeva İrandux
Pedaqogika psixologiya müəlliməsi
Azərbaycan Dövlət Pedaqoji kolleci

Paylaş:
Digər xəbərlər

Manşet / Cəmiyyət / Qarabağ

27-09-2024, 08:00

27 Sentyabr - Vətən müharibəsinin başladığı gün və Anım Günüdür

Manşet / Siyasət / Cəmiyyət

19-09-2024, 10:35

Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edilib

Manşet / Siyasət

18-09-2024, 11:32

Prezidentdən Xankəndi, Xocalı, Xocavənd və Ağdərə ilə bağlı SƏRƏNCAM

Manşet / Qarabağ

26-08-2024, 00:30

Bu gün Laçın Şəhəri Günüdür

Manşet / Siyasət

26-05-2024, 20:00

Qazaxın 4 kəndinin qaytarılması Azərbaycan Prezidentinin qətiyyətinin məntiqi nəticəsidir ŞƏRH

Araşdırma
Kriminal
5-05-2025, 14:26
Məhkəmədə Serj Sarkisyan və Movses Akopyanın işğalda iştirakını ifşa edən material nümayiş olunub
21-04-2025, 20:38
Bayrağı təhqir etdiyi üçün kirayədə qaldığı evin sahibini öldürdü - HÖKM
21-04-2025, 14:20
Yüzlərlə Xocalı sakini Xankəndidə idi - Qukasyan soyqırımından danışdı
21-04-2025, 11:31
Bakıda 51 nəfərin zəhərlənməsi: prokurorluqda araşdırma başladı
18-04-2025, 15:57
"Sən türksən” deyib məni təpiklədi
18-04-2025, 13:20
Təkcə bir kartdan 34 min pul oğurlandı
Son xəbərlər
  • Dünən, 22:50
    “Haber Global”da Yekaterinburqdakı azərbaycanlılara qarşı hücumla bağlı süjet yayımlayıb
  • Dünən, 22:35
    Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi məhkəmə-tibbi ekspertizadan keçirilir
  • Dünən, 22:30
    Ərdoğan: Azərbaycan xalqına bir daha təşəkkürümü bildirmək istəyirəm
  • Dünən, 21:10
    Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi yaxınlarına təhvil verilib
  • Dünən, 20:53
    Paşinyan Kallasla Ermənistan-Azərbaycan sülh prosesini müzakirə edib
  • Dünən, 20:00
    Hərbi prokuror bayram günləri sərhədlərdə olub
  • Dünən, 19:57
    Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi yenidən ekspertiziya göndəriləcək
  • Dünən, 19:34
    Yekaterinburqda saxlanılan azərbaycanlılardan birinin qohumu: Əmimin ciyərlərinə su gəlib, qabırğaları sınıb
  • Dünən, 18:33
    Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb
  • Dünən, 12:00
    Böyük Qayıdışa dair Dövlət Proqramının monitorinqinə dair metodlar beynəlxalq mükafata layiq görülüb
  • Dünən, 11:54
    “İƏT Həftəsi” çərçivəsində ilk dəfə Laçında Qadınlar Forumu keçiriləcək
  • Dünən, 11:33
    Azərbaycan XİN-də yeni idarə yaradılıb
  • Dünən, 11:30
    Kinostudiyanın ərazisində baş verən partlayışla bağlı cinayət işi başlanıb
  • Dünən, 10:30
    “ASAN xidmət” modeli Ruandada da tətbiq ediləcək, anlaşma memorandumu imzalanıb
  • Dünən, 10:10
    Yekaterinburqda qətlə yetirilən Səfərov qardaşlarının nəşi bu gün Azərbaycana gətiriləcək
  • Dünən, 09:20
    Fransa Ermənistanın Azərbaycanla şərti sərhədinə yaxın ərazilərə nüvə tullantıları daşıyır - BƏYANAT
  • Dünən, 08:42
    Cəbrayıl, Zəngilan və Laçında əmək yarmarkalarında 60 vakansiya təqdim olunub
  • Dünən, 07:34
    Keçmiş məcburi köçkün: Bu günə görə Prezidentimizə minnətdarıq
  • Dünən, 07:00
    Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
  • Dünən, 06:50
    Kəngərli sakini: Kənddə bizim üçün çox gözəl evlər tikilib
  • Dünən, 06:50
    Kəngərli sakini: Kənddə bizim üçün çox gözəl evlər tikilib
  • Dünən, 01:10
    “Haber Global”: Rusiya azərbaycanlılara qarşı zorakılıqlara yalanlarla don geyindirməyə çalışır
  • 28-06-2025, 19:37
    Azərbaycan və FAO arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
  • 28-06-2025, 19:23
    Azərbaycan XİN Pakistana başsağlığı verib
  • 28-06-2025, 19:10
    Rusiya XİN Uralda azərbaycanlılara qarşı zorakılığa münasibət bildirib
  • 28-06-2025, 14:20
    Heydər Əliyev adına Hərbi İnstitutda buraxılış mərasimi keçirilib
  • 27-06-2025, 21:54
    QDİƏT üzvləri uğurlu sədrliyə görə Azərbaycana minnətdarlıqlarını bildiriblər
  • 27-06-2025, 20:40
    XİN: İranın ermənipərəst səfiri ilə bağlı lazımi addımlar atmasını gözləyirik
  • 27-06-2025, 20:20
    XİN: İranın Ermənistandakı səfirinin əsassız və təxribatçı iddialarını qətiyyətlə rədd edirik
  • 27-06-2025, 19:31
    Çıxarışı olmayan mənzillərlə bağlı vacib xəbər -VİDEO
  • 27-06-2025, 19:30
    Partlayışda tikili dağılıb, kinostudiyanın inzibati binası və yaxın yaşayış binasına ziyan dəyib - RƏSMİ
  • 27-06-2025, 19:03
    Bölgələrdə taksilər niyə bahalaşdı?
  • 27-06-2025, 19:01
    Kinostudiyanın ərazisindəki partlayış sakinlərin başına oyun açdı -VİDEO
  • 27-06-2025, 17:20
    Ankara və İrəvan arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib
  • 27-06-2025, 16:49
    "Azərbaycanfilm": Kinostudiya gündəlik fəaliyyətini davam etdirir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundemtvazz@gmail.com
  • Telefon: (+99450) 253 75 01
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2021-2024
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə