• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

Qərbi Azərbaycan Xronikası: “Adı dəyişdirilib Azad və Kraşen qoyulan kənd” - VİDEO

Manşet / Cəmiyyət

16-10-2024, 01:15


Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də “Adı dəyişdirilib Azad və Kraşen qoyulan kənd” adlı süjet hazırlanıb.

“Report” xəbər verir ki, bugünkü süjetdə ermənilərin “addəyişmə terroruna” məruz qalan Ağkilsə toponimi haqqında söz açılır.

Bildirilir ki, Qərbi Azərbaycan torpaqlarında yerləşən toponimlərin tarixi, coğrafiyası və hayların erməniləşdirmə siyasətinə məruz qalması danılmaz faktdır.

AĞKİLSƏ – Şəmşəddil mahalında Karvansaray, indiki İcevan rayonunda kənd olub və daim azərbaycanlılar yaşayıb. Onlar 1919-cu ilin mart ayında zorla çıxarılıblar. 1920-ci ildə sağ qalan sakinlər evlərinə qayıdıblar. Nəhayət, 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar yenidən deportasiya olunub. Toponim rəng mənasında işlənən “ağ” sözü ilə dini məbəd mənasını bildirən “kilsə” sözünün birləşməsindən əmələ gəlib.

AĞKİLSƏ - Dərələyəz mahalında Keşişkənd, indiki Yeğeqnadzor rayonunun ərazisində kənd olub. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi erməni təcavüzünə məruz qalaraq qovulub. 1925-ci ildə kənd ləğv edilərək xarabalığa çevrilib.

AĞKİLSƏ - Göyçə mahalında Basarkeçər, indiki Vardenis rayonunda kənd adıdır. Kənddə yaşayan azərbaycanlılar 1918-ci ildə qovulub və dörd ildən sonra öz kəndlərinə qayıdıb, 1988-ci ildə yenidən tarixi-etnik torpaqlarından çıxarılıblar. 1935-ci il yanvarın 3-də kəndin adı dəyişdirilib Azad qoyulub.

AĞKİLSƏ - Şörəyel mahalında Düzkənd, indiki Axuryan rayonunda kənd adıdır. Kəndin əsas və yerli sakinləri azərbaycanlılar olub. Ermənilər buraya 1820-1825-ci illərdə Türkiyənin Qars və Basen bölgələrindən köçürülüb. 1945-ci il dekabrın 7-də adı dəyişdirilib Kraşen qoyulub.

AĞKİLSƏ - Vedibasar mahalında Vedi, indiki Ararat rayonunda kənd olub. 1918-1920-ci illərdə kəndin azərbaycanlı əhalisi vəhşicəsinə qovulub və kənd ləğv edilərək xarabalığa çevrilib.

Sonda vurğulanır ki, ermənilərin hədəfindəki Ağkilsə toponimi Qərbi Azərbaycanda məhv edilən türk-oğuz izlərindən biridir: “Təbii ki, bu yerlərin acı taleyi və sirli keçmişi tarixin güzgüsü olmaqla yanaşı, Qərbi Azərbaycanın itməyən yurd yerləri, unudulmayan toponimləri tarixi həqiqətlərin daşıyıcıları və silinməz izləridir”.

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlədə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında oktyabrın 15-də saat 19:30-da "Baku Tv"nin efirində və saat 21:30-da "Youtube" kanalında yayımlanıb.

Paylaş:
Digər xəbərlər

Manşet / Cəmiyyət

31-07-2024, 00:05

Qərbi Azərbaycan Xronikası: "Qayaüstü rəsmlər elat mədəniyyətinin təsviridir"

Manşet / Cəmiyyət

28-07-2024, 09:10

Qərbi Azərbaycan Xronikası: "Qurd ağzı bağlama" ayini" - VİDEO

Manşet

18-07-2024, 01:00

İndiki Ermənistanın tədqiq olunmuş türk mənşəli yer-yurd adları - Qərbi Azərbaycan Xronikası - VİDEO

Manşet / Cəmiyyət

10-07-2024, 04:30

Qərbi Azərbaycan Xronikası: “Mamikonyanlar türk, Baqratilər yəhudi mənşəlidir, ermənilərə aidiyyəti yoxdur”

Manşet / Cəmiyyət

4-07-2024, 01:30

Qərbi Azərbaycan Xronikası: I Pavelin qızının şərəfinə qoyulan oğuz yurdu - VİDEO

Araşdırma
Kriminal
5-05-2025, 14:26
Məhkəmədə Serj Sarkisyan və Movses Akopyanın işğalda iştirakını ifşa edən material nümayiş olunub
21-04-2025, 20:38
Bayrağı təhqir etdiyi üçün kirayədə qaldığı evin sahibini öldürdü - HÖKM
21-04-2025, 14:20
Yüzlərlə Xocalı sakini Xankəndidə idi - Qukasyan soyqırımından danışdı
21-04-2025, 11:31
Bakıda 51 nəfərin zəhərlənməsi: prokurorluqda araşdırma başladı
18-04-2025, 15:57
"Sən türksən” deyib məni təpiklədi
18-04-2025, 13:20
Təkcə bir kartdan 34 min pul oğurlandı
Son xəbərlər
  • Dünən, 22:50
    “Haber Global”da Yekaterinburqdakı azərbaycanlılara qarşı hücumla bağlı süjet yayımlayıb
  • Dünən, 22:35
    Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi məhkəmə-tibbi ekspertizadan keçirilir
  • Dünən, 22:30
    Ərdoğan: Azərbaycan xalqına bir daha təşəkkürümü bildirmək istəyirəm
  • Dünən, 21:10
    Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi yaxınlarına təhvil verilib
  • Dünən, 20:53
    Paşinyan Kallasla Ermənistan-Azərbaycan sülh prosesini müzakirə edib
  • Dünən, 20:00
    Hərbi prokuror bayram günləri sərhədlərdə olub
  • Dünən, 19:57
    Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi yenidən ekspertiziya göndəriləcək
  • Dünən, 19:34
    Yekaterinburqda saxlanılan azərbaycanlılardan birinin qohumu: Əmimin ciyərlərinə su gəlib, qabırğaları sınıb
  • Dünən, 18:33
    Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb
  • Dünən, 12:00
    Böyük Qayıdışa dair Dövlət Proqramının monitorinqinə dair metodlar beynəlxalq mükafata layiq görülüb
  • Dünən, 11:54
    “İƏT Həftəsi” çərçivəsində ilk dəfə Laçında Qadınlar Forumu keçiriləcək
  • Dünən, 11:33
    Azərbaycan XİN-də yeni idarə yaradılıb
  • Dünən, 11:30
    Kinostudiyanın ərazisində baş verən partlayışla bağlı cinayət işi başlanıb
  • Dünən, 10:30
    “ASAN xidmət” modeli Ruandada da tətbiq ediləcək, anlaşma memorandumu imzalanıb
  • Dünən, 10:10
    Yekaterinburqda qətlə yetirilən Səfərov qardaşlarının nəşi bu gün Azərbaycana gətiriləcək
  • Dünən, 09:20
    Fransa Ermənistanın Azərbaycanla şərti sərhədinə yaxın ərazilərə nüvə tullantıları daşıyır - BƏYANAT
  • Dünən, 08:42
    Cəbrayıl, Zəngilan və Laçında əmək yarmarkalarında 60 vakansiya təqdim olunub
  • Dünən, 07:34
    Keçmiş məcburi köçkün: Bu günə görə Prezidentimizə minnətdarıq
  • Dünən, 07:00
    Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
  • Dünən, 06:50
    Kəngərli sakini: Kənddə bizim üçün çox gözəl evlər tikilib
  • Dünən, 06:50
    Kəngərli sakini: Kənddə bizim üçün çox gözəl evlər tikilib
  • Dünən, 01:10
    “Haber Global”: Rusiya azərbaycanlılara qarşı zorakılıqlara yalanlarla don geyindirməyə çalışır
  • 28-06-2025, 19:37
    Azərbaycan və FAO arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
  • 28-06-2025, 19:23
    Azərbaycan XİN Pakistana başsağlığı verib
  • 28-06-2025, 19:10
    Rusiya XİN Uralda azərbaycanlılara qarşı zorakılığa münasibət bildirib
  • 28-06-2025, 14:20
    Heydər Əliyev adına Hərbi İnstitutda buraxılış mərasimi keçirilib
  • 27-06-2025, 21:54
    QDİƏT üzvləri uğurlu sədrliyə görə Azərbaycana minnətdarlıqlarını bildiriblər
  • 27-06-2025, 20:40
    XİN: İranın ermənipərəst səfiri ilə bağlı lazımi addımlar atmasını gözləyirik
  • 27-06-2025, 20:20
    XİN: İranın Ermənistandakı səfirinin əsassız və təxribatçı iddialarını qətiyyətlə rədd edirik
  • 27-06-2025, 19:31
    Çıxarışı olmayan mənzillərlə bağlı vacib xəbər -VİDEO
  • 27-06-2025, 19:30
    Partlayışda tikili dağılıb, kinostudiyanın inzibati binası və yaxın yaşayış binasına ziyan dəyib - RƏSMİ
  • 27-06-2025, 19:03
    Bölgələrdə taksilər niyə bahalaşdı?
  • 27-06-2025, 19:01
    Kinostudiyanın ərazisindəki partlayış sakinlərin başına oyun açdı -VİDEO
  • 27-06-2025, 17:20
    Ankara və İrəvan arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib
  • 27-06-2025, 16:49
    "Azərbaycanfilm": Kinostudiya gündəlik fəaliyyətini davam etdirir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundemtvazz@gmail.com
  • Telefon: (+99450) 253 75 01
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2021-2024
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə