• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

Antiterror şəhidinin atası: “Deyirdi, adam şəhid ola, adı bu küçəyə verilə”

Manşet / Cəmiyyət

13-10-2024, 09:40


Bu gün ötən ilin sentyabrında Müdafiə Nazirliyinin Qarabağda keçirdiyi antiterror əməliyyatları zamanı şəhid olan kəşfiyyatçı leytenant Elxan Ələkbər oğlu Məmmədlinin doğulduğu gündür.
Gündəmtv.Az xatırladır ki, Elxan Məmmədli 1997-ci il oktyabrın 13-də İsmayıllı rayonu Zoğallıq kəndində dünyaya göz açıb. 2004-cü ildə Suraxanı rayonu Pərviz İsmayılov adına 278 saylı tam orta məktəbində təhsilinə başlayıb, 2015-ci ildə həmin məktəbin 11-ci sinfini başa vurub.

Məktəbi bitirdikdən sonra Bakı Biznes Universitetinin Dövlət və Bələdiyyə İdarəetməsi fakültəsinə daxil olub, 2019-cu ildə oranı bitirərək məzun olub. 2019-cu ildə İsmayıllı rayon hərbi komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb. Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən N saylı hərbi hissəsində xidmət edən Elxan Məmmədli ordudan tərxis olunduqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində "Ehtiyat zabit hazırlığı" kursu keçib və leytenant hərbi rütbəsini alıb. O, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Quru Qoşunlarının Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi fəaliyyətə başlayıb. Xocalı, Şuşa, Xankəndi və Qubadlının ətraf ərazilərində hərbi xidmətini davam etdirib. Hərbi xidmət zamanı əldə etdiyi nailiyyətlərə görə 10 fevral 2022-ci ildə komandanlıq tərəfindən fəxri fərmanla təltif edilib.

Daha sonra 15 may 2023-cü ildən 29 iyul 2023-cü ilə kimi "Komando" Dağ Təlimi Mərkəzində keçirilmiş 17-ci qəbul "Komando başlanğıc kursu"nu müvəffəqiyyətlə başa vurub və sertifikata layiq görülüb. E.Məmmədli Komando əməliyyat qrupunda "Kəşfiyyat komandiri" vəzifəsində xidmət göstərib.

Leytenant 2023-cü il sentyabrn 19-da Qarabağda başlanan lokal xarakterli antiterror əməliyyatları zamanı kəşfiyyat komandiri olaraq döyüşə qatılıb, öndə gedərək torpaqlarımızın terrorçulardan azad edilməsində şücaət göstərib. Həmin gün sentyabrn 19-da Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

O, 21 sentyabr 2023-cü ildə İsmayıllının Zoğallıq kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qarabağda başlanan lokal xarakterli antiterror əməliyyatları zamanı qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 07.11.2023-cü il tarixli Sərəncamlarına əsasən Elxan Məmmədli ölümündən sonra "Vətən uğrunda" medalı, eləcə də "Vətənə xidmətə görə" 3-cü dərəcəli ordenlə təltif edilib.

Şəhidimizin mövlud günündə atası Ələkbər Məmmədov xatirələrini Ölkə.Az-la bölüşüb. O deyib ki, Elxan əvvəlcədən şəhid olacağını hiss etmişdi:

“Elxan döyüş bölgəsinə gedən vaxtı dostları video çəkmişdi. “Canavar badi” olaraq ona səslənirlər, o da arzularını deyir.
Hətta Şuşada olanda da dostlarında deyib ki, hiss edirəm, şəhid olacağam. Bunu antiterror əməliyyatlarından çox əvvəl söyləmişdi.
Sonuncu dəfə məzuniyyətə gələndə də belə bir söz demişdi. Yoldaşıma demişdi ki, adam şəhid ola, adı bu küçəyə verilə. O da çox pis olmuşdu, dedi niyə elə deyirsən?”

Şəhid atası oğlu ilə sonuncu dəfə danışdıqları günü isə belə xatırlayır:

“19 sentyabr günü hardasa 12-yə işləmiş olardı, sonuncu dəfə yoldaşıma şəkil atıb. Bildirib ki, hələ heç yerdə paylaşma, vaxtı gələndə paylaşarsan. Anası da narahat olurdu ki, niyə görəsən belə deyirsən? Elxan da deyirdi ki, narahat olası heç nə yoxdur, ağlama, hər şey yaxşı olacaq.
Son anda artıq onlara qabağa getmək barədə tapşırıq veriləndə qrupa bir kəlmə yazdı ki, haqqınızı halal edin.
O zaman içərisində bütün dostları ilə hallalaşıb, hətta o anda, o vəziyyətdə tanıdığı bir insanın doğum günü olduğunu bilib onu belə təbrik eləmişdi. O qədər diqqətcil, mərhəmətli, ürəyiaçıq idi”.

O mənə atdığı sonuncu səsdə maşının Qubadlı rayonunda qalacağını demişdi. Söylədi ki, birdən nəsə olsa, maşını gəlib götürərsən.

Ələkbər bəyin sözlərinə görə, oğlunun ən böyük arzusu general olmaq idi:

“Həbi xidməti başa vurub gələndən sonra 44 günlük müharibə başladı. Könüllü yazılsa da, ehtiyac olmadı deyə çağırmadılar. Onu çağırmadıqlarına görə çox pis olmuşdu. Özünə heç sığışdırmırdı. Elə müharibə təzə bitmişdi ki, yenidən sənədlərini verdi və kurs keçdi. Daha sonra isə birbaşa leytenant rütbəsini aldı. Onun müqavilə müddəti mayda bitmişdi. Yenidən müqavilənin vaxtını 20 illik artırdı. General olmaq istəyirdi”.

Bu gün şəhid ailəsinin ən böyük gileyi isə leytenantın rayonda dəfn edilməsidir:

“Əslində, biz Bakıda yaşayırıq. İndi ağlımız başımıza gəlir ki, səhvə yol vermişik. Bakıda böyüyüb yaşasa da, rayonda dəfn etmişik.
Qardaşım rayonda yaşayır. Bu xəbəri də mənə qardaşım çatdırmışdı. Amma şəhid olduğunu deməmişdi, biz Elxanı yaralı bilirdik. Elə bildik ki, Elxanı İsmayıllıya gətiriblər. Sən demə, onu heç neytral zonadan çıxarmamışdılar. Həmin ərazidən 20 sentyabrda çıxarılıb. Biz artıq İsmayıllıya getmişdik. Hamı tökülüşüb gəlməyə başladı. O anda nəsə düşünə bilmədik. Həmin anda ağlımızın ucundan heç nə keçmirdi. Gedib gətirdilər, elə İsmayıllıda da dəfn etdilər. Heç ağlımıza gəlmədi ki, Elxan həm də rütbəlidir, niyə kənd qəbiristanlığında dəfn olunur, onu şəhidlər Xiyabanında da dəfn etmək olardı”.

Paylaş:
Digər xəbərlər

Manşet / Siyasət

1-10-2024, 13:40

Azərbaycanda hərbi xidmətə oktyabr çağırışı başlayıb

Manşet / Cəmiyyət

21-09-2024, 23:14

Şəhid kapitan Həmid Həmidlinin anım günü qeyd olunub - FOTO - VİDEO

Manşet / Cəmiyyət

14-07-2024, 01:30

Bu gün Milli Qəhrəman İlqar Mirzəyevin şəhidlik zirvəsinə ucaldığı gündür

Manşet / Cəmiyyət

14-07-2024, 00:30

Polad Həşimovun şəhadətə ucalmasından dörd il ötür

Manşet / Siyasət

20-05-2024, 17:03

İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

Araşdırma
Kriminal
5-05-2025, 14:26
Məhkəmədə Serj Sarkisyan və Movses Akopyanın işğalda iştirakını ifşa edən material nümayiş olunub
21-04-2025, 20:38
Bayrağı təhqir etdiyi üçün kirayədə qaldığı evin sahibini öldürdü - HÖKM
21-04-2025, 14:20
Yüzlərlə Xocalı sakini Xankəndidə idi - Qukasyan soyqırımından danışdı
21-04-2025, 11:31
Bakıda 51 nəfərin zəhərlənməsi: prokurorluqda araşdırma başladı
18-04-2025, 15:57
"Sən türksən” deyib məni təpiklədi
18-04-2025, 13:20
Təkcə bir kartdan 34 min pul oğurlandı
Son xəbərlər
  • Dünən, 18:20
    Ruanda səfiri: Azərbaycan müstəqillik illərində sülhə üstünlük verib və bu, nailiyyətlər qazandırıb
  • Dünən, 17:17
    Şuşada ilk dəfə Aşura ilə əlaqədar qanvermə aksiyası keçirilib
  • Dünən, 17:12
    Azərbaycan pilotlarının yüksək peşəkarlıq sərgilədiyi “Anadolu Qartalı-2025” təlimindən
  • Dünən, 10:22
    Dövlət Dəniz və Liman Agentliyi zərərdən mənfəətə keçib
  • Dünən, 10:13
    "Anadolu Qartalı-2025"də iştirak edən azərbaycanlı pilot: Məqsəd ölkələrin taktika və texnikalarını öyrənməkdir
  • Dünən, 02:00
    Qərbi Azərbaycan Xronikası: Güllə səsləri eşidilirdi, camaat məcbur qalıb kəndi tərk etdi
  • 4-07-2025, 16:43
    Mediada saxta məlumatların dərc edilməsinə yol verilməməsinə dair yeni normalar müəyyənləşir
  • 4-07-2025, 16:01
    Mahinur Özdemir Göktaş: Laçında keçirilən İƏT Qadınlar Forumu əhəmiyyətli regional dialoqun başlanğıcı olub
  • 4-07-2025, 16:00
    ECO-nun Baş katibi: Xankəndidə tarixi Zirvə görüşünün təşkilində yaxından iştiraka görə İlham Əliyevə təşəkkür edirik
  • 4-07-2025, 15:21
    Türkmənistanlı nazir: ECO enerji üzrə əməkdaşlığın gücləndirilməsi istiqamətində böyük potensiala malikdir
  • 4-07-2025, 14:38
    Emoməli Rəhmon: "Tacikistan ECO-ya üzv ölkələrlə ticarət dövriyyəsini artırmaqda maraqlıdır"
  • 4-07-2025, 14:38
    Ərdoğan: Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram
  • 4-07-2025, 14:12
    Ermənistan silahlı qüvvələrinin Kəlbəcərin işğalı zamanı mülki əhalini, uşaqları atəşə tutması ilə bağlı ifadələr dinlənilib – MƏHKƏMƏ
  • 4-07-2025, 13:40
    İlham Əliyev: Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib
  • 4-07-2025, 13:37
    Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
  • 4-07-2025, 12:22
    Rusiyanın Kiyevə hücumu nəticəsində azərbaycanlılara məxsus restoran yanıb - FOTOREPORTAJ
  • 4-07-2025, 12:17
    İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib
  • 4-07-2025, 12:13
    TDT-nin Baş katibi ECO-nun 17-ci Zirvə görüşündə iştirak etmək üçün Xankəndidədir
  • 4-07-2025, 12:07
    Ərdoğan Azərbaycana səfərə gəlib - YENİLƏNİB
  • 4-07-2025, 12:02
    Tacikistan Prezidenti Xankəndiyə gəlib - YENİLƏNİB-2
  • 4-07-2025, 11:54
    “İnnovasiyalar Mərkəzi” “Bayraktar Texnoloji Azərbaycan”la əməkdaşlığa başlayır
  • 4-07-2025, 11:47
    Azərbaycan millisinin baş məşqçisi: "Ermənistan üzərində qələbə çox gözəl oldu"
  • 4-07-2025, 11:44
    Pakistanın Baş naziri Xankəndiyə gəlib
  • 4-07-2025, 11:37
    Paşinyan: Ümid edirəm ki, ABŞ regionda uzun müddətdir gözlənilən sülhə fundamental töhfə verəcək
  • 4-07-2025, 11:31
    MM Azərbaycanla Səudiyyə Ərəbistanı arasında iki Anlaşma Memorandumunu ratifikasiya edib
  • 4-07-2025, 11:06
    Azərbaycan Prezidenti: Nəhəng infrastruktur layihələrinin həyata keçməsinə ABŞ-nin göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndiririk
  • 4-07-2025, 11:04
    Ceyhun Bayramov Xankəndidə BMT rəsmisi ilə görüşüb
  • 4-07-2025, 11:03
    İlham Əliyev: Azərbaycan-ABŞ tərəfdaşlığını keyfiyyətcə yeni səviyyəyə yüksəltmək üçün yaxşı imkanlar var
  • 4-07-2025, 11:01
    Prezident İlham Əliyev Donald Trampı təbrik edib
  • 4-07-2025, 10:52
    Azərbaycan və Türkmənistan XİN başçıları qarşılıqlı ticarət həcminin artırılmasını müzakirə ediblər
  • 4-07-2025, 10:50
    Ceyhun Bayramov: Azərbaycan BƏƏ-nin azad edilmiş ərazilərdə mina təmizləmə işlərinə dəstəyini yüksək qiymətləndirir
  • 4-07-2025, 10:35
    Rusiyada Azərbaycan diasporunun fəaliyyətinin hərtərəfli yoxlanması ilə bağlı baş prokurora müraciət edilib
  • 4-07-2025, 10:27
    Ceyhun Bayramov Xankəndidə pakistanlı həmkarı ilə regional məsələləri müakirə edib
  • 4-07-2025, 10:24
    Bakı və Daşkəndin gələcək nəqliyyat infrastrukturu əməkdaşlıq üçün əlavə platforma yaradacaq - RƏY
  • 4-07-2025, 10:16
    İlham Əliyev ECO-nun 17-ci Zirvə görüşünün iştirakçılarının Ağdama səfərindən paylaşım edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundemtvazz@gmail.com
  • Telefon: (+99450) 253 75 01
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2021-2024
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə