• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

Aşıq Ələsgərin heykəli tənqid olundu - Müəllifin cavabı...

Manşet / Cəmiyyət

1-10-2024, 11:00


Aşıq Ələsgərin abidəsinin açılışı: Tənqidlərə cavab verən rəssamın ifadələri
Xəbər verdiyimiz kimi, sentyabrın 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışı baş tutub. Abidənin açılışından sonra sosial mediada paylaşılan fotoları isə həm də tənqidlərə yol açıb. Paylaşımlarda hazırlanmış abidədə Aşıq Ələsgərin obrazının daha balacaboy təəssüratı yaradıldığı, eyni zamanda onun sazı tutma tərzi tənqid olunub.
Gündəmtv.az xəbər verir ki, mövzu ilə bağlı Kult.az-a münasibət bildirən Aşıq Ələsgərin abidəsinin müəllifi, xalq rəssamı Natiq Əliyev bildirib ki, heykəlin boyu barəsində münasibət bildirənlər realda heç onu görməyiblər.

"Heykəlin 4 metr hündürlüyü var. Mən Aşıq Ələsgərin heykəlini hazırlayarkən bilirdim ki, onun boyu 210 sm olub”, - xalq rəssamı bildirib.

O, müəllifi olduğu heykəldə sazın o cür təsvir edilməsinin də izahını verib:

"Biz burada təkcə heykəl hazırlamırıq. Aşıq Ələsgər sadəcə toylarda saz ifa edən aşıqlardan deyil. O, filosof, şair olub, torpağından didərgin düşən bir sənətkardır, yurd-yuvasına qayıtmaq üçün hayqırır. Aşığın orada qəbri dağıdılıb, Bakıda sazı sinəsinə basıb, saz çalıb, mahnı oxumalı idi? Bir növ hayqırır ki, torpaqlarımıza qayıtmalıyıq. Şükür Allaha ki, rəşadətli Ordumuzun qanı hesabına, cənab Prezidentin rəhbərliyiylə torpaqlarımız qayıtdı. Bu fonda Aşıq Ələsgərin heykəli də hayqıran obrazdır. Bundan əlavə, Qazaxda Ağköynək qəbiristanlığında Aşıq Ədalətin heykəlini də mən hazırlamışam. Aşıq Ədalət sazı necə çalırdı, hara qaldırırdı? Bunu təkcə Aşıq Ədalət yox, çox aşıq edirdi. Ekstaza gələndə saz başın üstünə kimi qalxır. Bu, ona verilən dəyərdir. Tar, gitara kimi ifa edənlər də var. Ancaq eyni stereotip olmalı, sazı sinəsinə basmalıdırlar? Aşıq Ələsgərin şəkli var ki, orada sazı dizinin üzərinə qoyub çalır. Həmin foto əsasında heykəli hazırlasaydım, onda nə deyəcəkdilər? O şəkli nəticəsi çəkib”.

Öncədən bütün detalları öyrəndiyini bildirən müəllif vurğulayıb ki, abidənin ərsəyə gəlməsində yazılı təsvirlərdən istifadə edib:

"Məsələyə olduqca dar çərçivədən baxılır. Obraz necə olmalı idi? Qayanın üzərində aşığın şeirləri əks olunub, həyatından epizodlar qeyd edilib - bunlara heç kim baxmayıb, oxumayıb. Eləcə kiminsə çəkdiyi, sosial şəbəkədən yaydığı fotoya baxmaqla hərə bir fikir yürüdür. Bu, düzgün deyil. 3 ildir həmin abidə üzərində işləyirəm. Yazılı portretlər var, orada qeyd olunur ki, Aşıq Ələsgər hansı görkəmdədir, qulağının quruluşu, gözü, üz cizgiləri necə olub. Həmin yazılı mənbədə təsvir edildikcə, rəssam da onu gözündə canlandırır. Bu vaxta kimi Aşıq Ələsgərin portretini Böyükağa Mirzəzadə, Mikayıl Abdullayev kimi rəssamlar çəkib. Bütün çəkilən əsərlərə nəzər yetirmişəm, araşdırmışam. Əsasən isə Aşıq Ələsgərin şagirdinin onun obrazı haqqında qeydlərini rəhbər tutmuşam. Bundan əlavə, sənətkarın nəticələri sağdır. Onlar gəlib mənim emalatxanama baxıblar. Deyiblər ki, biz elə bunun çox arzusunda idik. Heykəltaraşın bunu necə təsvir edəcəyini düşünürdük. Heykəli belə də görmək istəyirdik”.

O qeyd edib ki, abidənin layihəsi əvvəlcə Heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə ekspert komissiyasının rəyini alır:

"Rəssamlar, peşəkar memarlar, heykəltəraşlar buna baxırlar. İki dəfə müsabiqə keçirilib. Birinci müsabiqədə qalib olmadı. İkinci müsabiqənin qalibi seçildikdən sonra isə layihə mənə tapşırıldı. İş asanlıqla həvalə olunmur ki! Bizdə ümumiyyətlə işin yaxşı tərəfi qalır bir tərəfdə, tənqid etməyə fokuslanırlar. Nə qədər istəyirlər, danışsınlar, mən bilirəm ki, nə etmişəm. Açılışda dövlət başçısı iştirak edib, layiqli qiymətini verib. Mənə təsir edən insanların gəlib işi görmədən, foto üzərindən onu qiymətləndirməsidir. Bu, tənqiddən çox, qarayaxmaya bənzəyir. İllərdir gözlənilən bir layihədir. Çox heyif ki, abidənin çoxşaxəliliyi, üzərində qeyd etdiyim geniş informasiyanı, ötürdüyüm mesajı işıqlandıra bilmirlər. Bu abidə hazırda bizə çox lazımdır”.

Paylaş:
Digər xəbərlər

Manşet / Mədəniyyət

1-10-2024, 11:50

"Mən də sizin kimi Aşıq Ələsgərin sazı necə tutmasından xəbərsizəm, ancaq..." - Deputat

Manşet / Siyasət

30-09-2024, 14:17

Prezident: Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar

Manşet / Siyasət

30-09-2024, 14:13

İlham Əliyev: Aşıq Ələsgərin abidəsinin açılması doğrudan da çox gözəl hadisədir

Manşet / Siyasət

30-09-2024, 11:30

Prezident Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

Manşet / Cəmiyyət

27-09-2024, 21:46

Bakıda Aşıq Ələsgərin heykəli ucaldılıb

Araşdırma
Kriminal
5-05-2025, 14:26
Məhkəmədə Serj Sarkisyan və Movses Akopyanın işğalda iştirakını ifşa edən material nümayiş olunub
21-04-2025, 20:38
Bayrağı təhqir etdiyi üçün kirayədə qaldığı evin sahibini öldürdü - HÖKM
21-04-2025, 14:20
Yüzlərlə Xocalı sakini Xankəndidə idi - Qukasyan soyqırımından danışdı
21-04-2025, 11:31
Bakıda 51 nəfərin zəhərlənməsi: prokurorluqda araşdırma başladı
18-04-2025, 15:57
"Sən türksən” deyib məni təpiklədi
18-04-2025, 13:20
Təkcə bir kartdan 34 min pul oğurlandı
Son xəbərlər
  • Bu gün, 15:38
    Şuşa Qlobal Media Forumunun iştirakçıları Ağdam Sənaye Parkında olublar
  • Bu gün, 15:10
    "Şuşa Qlobal Media Forumu həqiqətlərimizin təbliğində mühüm platformadır"
  • Bu gün, 15:00
    Azərbaycanla D-8 arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
  • Bu gün, 14:21
    Beynəlxalq mətbuat 3-cü Şuşa Qlobal Media Forumuna geniş yer ayırıb
  • Bu gün, 13:18
    "BlitzMetrics" rəhbəri: Heç bir prezident mətbuata və rəqəmsal innovasiyalara bu qədər səmimi dəstək verməyib
  • 18-07-2025, 19:32
    Hüseyn Hüseynov: Azərbaycanın DİM-in icrasındakı uğurları və təcrübəsi BMT-də geniş beynəlxalq ictimaiyyətə təqdim edilib
  • 18-07-2025, 18:53
    Səfir: Azərbaycan və Peru əlaqələrinin daha da təkmilləşdirilməsinə ehtiyac var
  • 18-07-2025, 18:25
    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Məlhəm Hospital”ı ziyarət edib
  • 18-07-2025, 18:08
    Əli Əsədov Ukraynanın yeni Baş nazirini təbrik edib
  • 18-07-2025, 12:24
    İlham Əliyev Ağdam Sənaye Parkında tütün məmulatlarının istehsalı müəssisəsinin açılışında iştirak edib
  • 18-07-2025, 12:24
    Bakıda “Türkiyə-Azərbaycan Qardaşlıq Forumu” keçirilir
  • 18-07-2025, 11:16
    Məktəbəqədər təhsil müəssisələrinə qəbul başlayıb
  • 18-07-2025, 11:07
    Ədliyyə Nazirliyinin nəşriyyat evi ləğv olunur
  • 18-07-2025, 10:32
    Dövlət Xidməti: Ölkədə informasiya təhlükəsizliyi üzrə mütəxəssis ordusu formalaşıb
  • 18-07-2025, 10:20
    Nazirlər Kabineti iki milli parkın yaradılması ilə bağlı sərəncamın icrasını təmin etmək üçün tapşırıq verib
  • 17-07-2025, 16:00
    Ermənistan İranla Zəngəzur dəhlizini müzakirə etdi
  • 17-07-2025, 15:50
    Deputat Ağalar Vəliyev Xaçmazda müəllim və şagirdləri təltif etdi
  • 17-07-2025, 15:40
    İlk dəfə ADA universitetində dövlət sifarişli yerlər AÇIQLANDI
  • 17-07-2025, 15:24
    Qurbanqulu Berdiməhəmmədova Qarabağ atı hədiyyə edildi
  • 17-07-2025, 13:31
    Liderlər Şuşada güllələnmiş heykəllərə baxdılar
  • 17-07-2025, 11:28
    Laçındakı yanğına görə 3 nəfər saxlanıldı - RƏSMİ
  • 17-07-2025, 11:22
    Türkmənistan Türk Dövlətləri Təşkilatına GƏLİR
  • 17-07-2025, 10:54
    Azərbaycan XİN İraqa başsağlığı verdi
  • 17-07-2025, 10:38
    Qazaxıstan XTQ mənsubları Azərbaycan dronları barədə məlumatlandırılıb
  • 17-07-2025, 10:22
    Səməd Bəşirli: "Azərbaycan Pakistanla ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə sadiqdir"
  • 17-07-2025, 10:20
    Qarabağda güzəştli şərtlərlə ev almaq mümkün olacaq
  • 17-07-2025, 10:13
    Türkmənistan da Qarabağın yenidən inşasına töhfə verəcək
  • 17-07-2025, 09:51
    Paşinyan erməniləri Zəngəzur dəhlizinin açılmasına HAZIRLAYIR
  • 17-07-2025, 09:40
    Ağdaşda yeniyetmə kanalda batıb
  • 17-07-2025, 08:05
    Anomal istilər davam edir - Temperatur bu gün də 40 dərəcə olacaq
  • 17-07-2025, 07:30
    Böyük qayıdış - Daha 43 ailə Kəngərliyə köçürüldü
  • 16-07-2025, 17:49
    Netanyahu: Suriyaya zərbələrdə İsrailin bütün qüvvələri iştirak edir
  • 16-07-2025, 17:43
    Azərbaycanla Vyetnam arasında beş sənəd imzalanıb
  • 16-07-2025, 17:41
    Türkmənistan Xalq Məsləhətinin sədrinin qızı Oquldjaxan Atabayeva Heydər Əliyev Mərkəzində olub
  • 16-07-2025, 17:05
    Uşaq qidasından dəmir parçası ÇIXDI: İstehsalçı tam məsuliyyət daşıyır – Ekspert
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundemtvazz@gmail.com
  • Telefon: (+99450) 253 75 01
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2021-2024
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə