Lənkəran şəhər İcra Hakimiyyətinin Aparatında kadr dəyişiklikləri olub.
Qaynarinfo-nun məlumatına görə, Lənkəran şəhər İcra Hakimiyyəti Aparatının Hüquq şöbəsinin müdiri Emin Rzaqulu oğlu Quliyev vəzifəsindən azad edilib.
Emin Quliyev icra başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin olunub.
Emin Quliyev
Bundan başqa Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Cəmil Habil oğlu Məmmədzadə vəzifəsindən azad edilib. O başqa bir qurumda fəaliyyətə başlayıb.
İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdrinin müavini - dini qurumlarla işin təşkilatçısı Cavad Mircəfər oğlu Miriyev də vəzifəsindən azad olunub.
Bu barədə Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov müvafiq əmrlər imzalayıb.