Azərbaycan Dövlət Bayrağı Meydanında bərpadan sonra yeni bayraq ucaldılıb.
Gündəmtv.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəkələrdə paylaşılıb.
Qeyd edək ki, Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında prezident İlham Əliyevin iştirakı ilə qoyulub.
“Ginnesin dünya rekordları təşkilatı” 2010-cu il mayın 29-da Azərbaycandakı Dövlət Bayrağı Meydanında bayraq dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.
2017-ci ildə meydandakı bayraq götürülüb. Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidov 2017-ci ildə verdiyi açıqlamada Bayraq Meydanındakı dirəyin üst hissəsi söküldüyünü, onun altında olan mexanizm yoxlanıldığını bildirib.
2021-ci ildə Türkiyənin Çimtaş şirkəti Azərbaycan üçün yeni bayraq dirəyi hazırlamağa başlayıb. Bakıda quraşdırılacaq dünyanın ən hündür bayraq dirək platformasının ümumi hündürlüyünün 191 metr olacağı bildirilib.