Bu gün Beştəpədə prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurası toplanacaq.
Gündəmtv.Az xəbər verir ki, iclasda müzakirə olunacaq məsələlər arasında Azərbaycanla Ermənistan arasında sülh prosesi də var.
Toplantıda PKK, İŞİD, FETÖ kimi terror təşkilatlarına mübarizə ilə yanaşı, Suriya ilə normallaşma mövzusu da yer alacaq.
Regional və beynəlxalq təhlükəsizlik məsələsi çərçivəsində isə Rusiya-Ukrayna müharibəsi, Azərbaycan və Ermənistan arasında sülh prosesi, Qəzzadakı vəziyyət, Kiprdəki hadisələr və Yunanıstanla münasibətlər kimi digər məsələlər də müzakirə olunacaq.