Bu ilin ilk altı ayı ərzində 8 prokurorluq işçisi cəzalandırılıb.
Bu barədə baş prokuror Kamran Əliyev ilin birinci rübünə həsr edilmiş geniş Kollegiya iclasında danışıb.
Kamran Əliyev qeyd edib ki, aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 8 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib ki, onlardan 1 nəfər prokurorluq orqanlarından xaric edilib.
3 nəfər vəzifədən azad edilib, 4 nəfərə töhmət və ya şiddətli töhmət verilib.