İran Prezidenti İbrahim Rəisinin helikopterindən olan iki sərnişinlə əlaqə yaradılıb.
"Gündəmtv.az" İRNA-ya istinadla xəbər verir ki, bu barədə İslam Respublikasının icra işləri üzrə vitse-prezidenti Möhsün Mənsuri bildirib.
“Bir neçə dəfə helikopterdə olan iki nəfərlə əlaqə saxladıq. Belə görünür ki, bu, ciddi hadisə deyil”, – jurnalistlər onun sözlərini sitat gətiriblər.
Qeyd edək ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter sərt eniş edib. Helikopterdə dövlət başçısı ilə yanaşı Təbrizin cümə imamı Məhəmmədəli Ali Haşim, xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti və bir neçə başqa sərnişin də olub.
Helikopter Uzi və Pir Davud kəndləri arasındakı Dizmar meşə sahəsində qəzaya uğrayıb.(publika.az)