Kabak tərəvəzinin çox sayda faydası var. O cümlədən, bu tərəvəz gözləri sağlam edir, öskürəyə qarşı kömək edir, astmanı müalicə edir, mədə və bağırsaq qanaxmalarının qarşısını alır.
Gündəmtv.az xəbər verir ki, kabakın tərkibində olan C vitamini və lutein maddəsi gözlərin görmə qabiliyyətini yaxşılaşdırar və gözü sağlam edər. Kabakın tərkibində C vitaminindən başqa A vitamini, karotin, maqnezium, kalium, mis, fosfor vardır. Kabak manqan maddəsinin zəngin olduğu tərəvəzlərdəndir. Bu tərəvəz insanın B1, B6 vitamininə olan ehtiyacını təmin edər. Kabakın tərkibində olan faydalı maddələrə: proteini, kalsiumu, dəmiri, niatsini misal göstərmək olar.
Kabakın tərkibində olan folat, kalium, A vitamini bədənin sağlam olmasına qulluq edər.
Mütəxəssislər bu qənaətə gəlib çatıb ki, kabakın tərkibində karbohidrat olmasına baxmayaraq, anti-oksidant xasiyyətinə malikdir. Kabak həm də qandakı insulini tənzim edir. Kabakın tərkibində Omeqa-3 yağı də mövcuddur.
Kabak astma xəstəliyinə müsbət təsir qoyur. Tərkibində olan C vitamini və anti-oksidantlar bu xəstəliyin yüngülləşməsinə səbəb olur. Kabakın xam tumları bağırsaqda olan parazitləri məhv edər və qəbizliyi aradan aparar. Kabakın toxumu bağırsaq yaraları üçün də faydalıdır. Öskürəyi yüngülləşdirə bilir.