Azərbaycan və Macarıstan strateji tərəfdaşdır.
Gündəmtv.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Macarıstan Baş naziri Viktor Orbanla mətbuata bəyanatında bildirib.
Azərbaycan Prezidenti deyib ki, Macarıstan kimi Azərbaycan da müharibə aparan ölkə ilə həmsərhəddir: “Biz demək olar ki, eyni çağırışlarla üzləşmişik”.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan da müharibə aparıb: “Azərbaycan öz ərazisini azad etmək uğrunda müharibə aparıb. Ancaq bu müharibə Rusiya və Ukrayna arasındakı kimi 3 il yox, 44 gün davam edib. Azərbaycan Ordusunda 1 fərari belə olmayıb, Ermənistan isə 12 min fərari olduğunu özü etiraf edib. Azərbaycan ərazisini azad edib”.