Qərbi Azərbaycandakı alban məbədləri ilə bağlı məsələ qaldırılması təklif olunur.
“
Gündəmtv.az ” xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Sahib Alıyev parlamentin bugünkü iclasında “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.
"Təkcə Qarabağ və Şərqi Zəngəzurda deyil, Qərbi Azərbaycanda da onlarla xristian alban, qıpçaq məbədləri var. Həmin abidələrlə bağlı da məsələ qaldırmaq lazımdır. Bu addım multukulturalizm mövqeyi baxımından da əhəmiyyətlidir", - o qeyd edib.