Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi artırılıb.
Gündəmtv.az APA-ya istinadən xəbər verir ki, Prezident İlham Əliyev “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.
Qanuna əsasən, Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddinin 70-dən 75-ə qaldırılıb.