• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

İcma: “Döyçe Velle” Azərbaycan xalqından üzr istəməlidir

Manşet / Siyasət

31-03-2025, 21:12


"Biz Qərbi Azərbaycan İcması (QAİ) olaraq Almaniya Federativ Respublikasına məxsus, “Alman Dalğası” (“Döyçe Velle”) ictimai yayımçı qurumu tərəfindən 30 mart 2025-ci ildə efirə verilmiş “Ermənistanın Qafqazda torpaq və kimlik uğrunda mübarizəsi” adlı verilişi qətiyyətlə pisləyirik. Bu veriliş jurnalistika standartlarının kobud şəkildə pozulması, dezinformasiyanın yayılması, irqi ayrı-seçkilik və xalqlar arasında nifrətin qızışdırılması baxımından ciddi narahatlıq doğurur".
"Gündəmtv.az" xəbər verir ki, bu barədə QAİ-nin Almaniyanın “Döyçe Velle” (Deutsche Welle) platformasında Azərbaycan və Ermənistan arasındakı münaqişə ilə bağlı yayımlanmış sənədli filmi ilə bağlı yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, veriliş Azərbaycan xalqının əzablarını tamamilə gözardı edərək, tarixi faktları təhrif edir: "Keçmiş münaqişə ilə bağlı tarixçəsi tam şəkildə radikal erməni millətçilərinin narrativinə uyğun verilib.

Verilişdə Ermənistandan azərbaycanlıların tamamilə etnik təmizləməyə məruz qalması, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, oradan 800 mindən çox azərbaycanlını öz yurd-yuvalarından didərgin salması, 1000-ə yaxın Azərbaycan şəhər və kəndinin viran qoyması, ölkəmizin ərazilərinin böyük bir hissəsini minalarla çirkləndirməsi və 150 milyard ABŞ dollarından çox ziyan vurması faktları gözardı edilir. Keçmiş münaqişə zamanı 20 mindən artıq azərbaycanlının qətlə yetirilməsi, 4000 nəfərin hələ də itkin düşməsi və Ermənistanın öz ərazisindən zorla çıxardığı yüz minlərlə azərbaycanlının təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına imkan verməməsi kimi mühüm məqamlar da görməzdən gəlinir. Bu, jurnalistikanın obyektivlik və həqiqət prinsipinin açıq-aşkar pozulmasıdır.

Bildirilib ki, verilişin tonu dini təəssübkeşliyə söykənir və azərbaycanlılara qarşı qərəzli bir yanaşma sərgiləyir: "Xüsusilə ikrah doğuran hal odur ki, azərbaycanlı qaçqınların görüntüləri ermənilər kimi təqdim olunaraq izləyicilər aldadılır. Bu cür manipulyasiya yalnız dezinformasiyanı yaymaqla kifayətlənmir, həm də ermənilər və azərbaycanlılar arasında sülhə əngəl törətməyə xidmət edir. Hesab edirik ki, bəzi Avropa kütləvi informasiya vasitələrində davamlı şəkildə yol verilən bu hallar Azərbaycan xalqının heysiyyatına toxunmaq üçün qəsdən edilir. Xatırladaq ki, bundan əvvəl fransız-alman “Arte” ictimai yayımçısı da eyni şəkildə azərbaycanlı qaçqınların görüntülərini ermənilər kimi təqdim etmişdi. Biz Qərbi Azərbaycan İcması olaraq hesab edirik ki, “Döyçe Velle”nin bu verilişi təkcə jurnalistika etikasını ayaqlar altına almır, həm də regionda sülh və barışıq səylərini zədələyərək, sülhə mane olmaq məqsədi daşıyır. Beynəlxalq miqyasda fəaliyyət göstərən media qurumunun ondan gözlənilən obyektivlik və məsuliyyət əvəzinə, bu cür birtərəfli və təhrif edilmiş yanaşma sərgiləməsi qəbuledilməzdir. “Döyçe Velle” nifrət və irqi ayrı-seçkilik xarakterli bu verilişi özünün ictimai resurslarından yığışdırmalı və Azərbaycan xalqından üzr istəməlidir".

Paylaş:
Digər xəbərlər

Manşet / Cəmiyyət

31-03-2025, 20:50

MŞ: "Döyçe Velle"nin yayımladığı sənədli film jurnalistika prinsiplərinə ziddir

Manşet / Siyasət

14-01-2025, 12:12

Qərbi Azərbaycan İcması TƏCİLİ BƏYANAT YAYDI

Manşet / Siyasət

9-01-2025, 12:40

BMT Azərbaycan Prezidentinin müraciətini rəsmi sənəd kimi yayıb

Manşet / Siyasət

8-01-2025, 13:30

Qərbi Azərbaycan İcması İlham Əliyevə təşəkkür edib

Manşet / Cəmiyyət

13-10-2024, 12:58

Qərbi Azərbaycan İcması Ermənistan prezidentinə cavab verdi

Araşdırma
Kriminal
5-05-2025, 14:26
Məhkəmədə Serj Sarkisyan və Movses Akopyanın işğalda iştirakını ifşa edən material nümayiş olunub
21-04-2025, 20:38
Bayrağı təhqir etdiyi üçün kirayədə qaldığı evin sahibini öldürdü - HÖKM
21-04-2025, 14:20
Yüzlərlə Xocalı sakini Xankəndidə idi - Qukasyan soyqırımından danışdı
21-04-2025, 11:31
Bakıda 51 nəfərin zəhərlənməsi: prokurorluqda araşdırma başladı
18-04-2025, 15:57
"Sən türksən” deyib məni təpiklədi
18-04-2025, 13:20
Təkcə bir kartdan 34 min pul oğurlandı
Son xəbərlər
  • Dünən, 23:01
    Təzə pomidorları soyuducuda saxlamayın: ən yaxşı yer haradır?
  • Dünən, 20:43
    XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
  • Dünən, 20:20
    Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
  • Dünən, 19:30
    Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərov V Dan qara kəmər dərəcəsinin fəxri diplomuna layiq görülüb
  • Dünən, 18:10
    Pakistan Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib
  • Dünən, 14:31
    “Xankəndi” Biznes Mərkəzi rezident şirkətlər üçün müasir və rahat işgüzar mühit təklif edəcək
  • Dünən, 14:15
    Moskva və Sankt-Peterburq arasında hava əlaqəsi iflic olub
  • Dünən, 13:05
    Xankəndidəki tikiş fabriki Azərbaycan-Özbəkistan investisiya əməkdaşlığının bariz nümunəsidir
  • Dünən, 12:53
    Azərbaycan Keniyanın Gənclərin Liderlik və İnnovasiya Mərkəzinə maliyyə yardımı təqdim edib
  • Dünən, 12:40
    Doktoranturaya qəbul üzrə danışıq imtahanları keçirilib
  • Dünən, 11:31
    Ağdamın Xıdırlı kəndinə 6 minə yaxın əhalinin köçürülməsi nəzərdə tutulur
  • Dünən, 11:24
    Anar Bağırov: Vəkillər Kollegiyasına qəbul müntəzəm həyata keçirilir
  • Dünən, 10:10
    Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu layihəsi Beynəlxalq Yol Federasiyasının mükafatına layiq görülüb
  • Dünən, 10:05
    Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün imtahan başlayıb - YENİLƏNİB
  • Dünən, 09:17
    Elçin Əmirbəyov: Ermənistanla normallaşma üçün saziş layihəsinin mətni üzrə müzakirələr tamamlanıb
  • Dünən, 05:30
    Bu gün 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
  • 5-07-2025, 18:20
    Ruanda səfiri: Azərbaycan müstəqillik illərində sülhə üstünlük verib və bu, nailiyyətlər qazandırıb
  • 5-07-2025, 17:17
    Şuşada ilk dəfə Aşura ilə əlaqədar qanvermə aksiyası keçirilib
  • 5-07-2025, 17:12
    Azərbaycan pilotlarının yüksək peşəkarlıq sərgilədiyi “Anadolu Qartalı-2025” təlimindən
  • 5-07-2025, 10:22
    Dövlət Dəniz və Liman Agentliyi zərərdən mənfəətə keçib
  • 5-07-2025, 10:13
    "Anadolu Qartalı-2025"də iştirak edən azərbaycanlı pilot: Məqsəd ölkələrin taktika və texnikalarını öyrənməkdir
  • 5-07-2025, 02:00
    Qərbi Azərbaycan Xronikası: Güllə səsləri eşidilirdi, camaat məcbur qalıb kəndi tərk etdi
  • 4-07-2025, 16:43
    Mediada saxta məlumatların dərc edilməsinə yol verilməməsinə dair yeni normalar müəyyənləşir
  • 4-07-2025, 16:01
    Mahinur Özdemir Göktaş: Laçında keçirilən İƏT Qadınlar Forumu əhəmiyyətli regional dialoqun başlanğıcı olub
  • 4-07-2025, 16:00
    ECO-nun Baş katibi: Xankəndidə tarixi Zirvə görüşünün təşkilində yaxından iştiraka görə İlham Əliyevə təşəkkür edirik
  • 4-07-2025, 15:21
    Türkmənistanlı nazir: ECO enerji üzrə əməkdaşlığın gücləndirilməsi istiqamətində böyük potensiala malikdir
  • 4-07-2025, 14:38
    Emoməli Rəhmon: "Tacikistan ECO-ya üzv ölkələrlə ticarət dövriyyəsini artırmaqda maraqlıdır"
  • 4-07-2025, 14:38
    Ərdoğan: Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram
  • 4-07-2025, 14:12
    Ermənistan silahlı qüvvələrinin Kəlbəcərin işğalı zamanı mülki əhalini, uşaqları atəşə tutması ilə bağlı ifadələr dinlənilib – MƏHKƏMƏ
  • 4-07-2025, 13:40
    İlham Əliyev: Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib
  • 4-07-2025, 13:37
    Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
  • 4-07-2025, 12:22
    Rusiyanın Kiyevə hücumu nəticəsində azərbaycanlılara məxsus restoran yanıb - FOTOREPORTAJ
  • 4-07-2025, 12:17
    İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib
  • 4-07-2025, 12:13
    TDT-nin Baş katibi ECO-nun 17-ci Zirvə görüşündə iştirak etmək üçün Xankəndidədir
  • 4-07-2025, 12:07
    Ərdoğan Azərbaycana səfərə gəlib - YENİLƏNİB
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundemtvazz@gmail.com
  • Telefon: (+99450) 253 75 01
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2021-2024
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə