Gündəlik həyatımızda tez-tez istifadə etdiyimiz yaş salfetlər sağlamlıq üçün təhlükəlidir.
Gündəmtv.Az xəbər verir ki, bu sözləri türkiyəli dermatologiya mütəxəssisi Emin Özlü deyib. Həkim bu vasitələrin dəridəki qoruyuxu qalxanı məhv etdiyini söyləyib:
“Əlinizi, ağzınızı, makyajınızı, qoltuq altınızı, hətta uşağınızın altını belə nəm salfetlə silirsiniz. Bunların PH-ı dəri ilə uyğun deyil, həmçinin kimyəvi maddələr ehtiva edir. Dərinizdəki baryeri pozur, ekzema yaradır və faydalı mikrobları yox edir. Daha sonra da dərinizə zərərli bakteriyalar yerləşir. Yəni nəm salfetdən istifadə etməkdənsə, sabun və su ilə yuyunmaq və ya nəm pambıqla silmək daha sağlam vərdiş ola bilər”.