Ukrayna münaqişəsinin tezliklə finala yaxınlaşması istiqamətdə əlamətlər artıq görünməkdədir.
Gündəmtv.Az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
“Açığını deyim ki, Ukraynadakı müharibəyə gəldikdə, biz onun sona çatmasının əlamətlərini görürük”, - Hakan Fidan “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.
Türkiyəli nazir əlavə edib ki, müharibə hansı şərtlərlə, atəşkəs necə əldə olunacaq, bax bütün bunlar hazırda müzakirə olunmaqdadır.