Goranboyda avtomobillər toqquşub, ölən və xəsarət alanlar var.
Gündəmtv.Az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Zeyvə kənd yolunda qeydə alınıb.
"VAZ-2107" və Pikap tipli avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb.
Zərərçəkənlər Goranboy Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Goranboyda ağır yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub.
Hadisədə "VAZ-2107" markalı avtomobilin sürücüsü 2003-cü il təvəllüdlü Bayramov Məhəmməd Talıb oğlu dünyasını dəyişib.
1971-ci il təvəllüdlü Zəminə Qasımova, 1980-ci il təvəllüdlü Samir Hacıbabayev, 1995-ci il təvəllüdlü Vahid Hüseynzadə, 2001-ci il təvəllüdlü Mehman Allahverdiyev, 2001-ci il təvəllüdlü Uğur Babayev, 2001-ci il təvəllüdlü Məftun Allahyarov.
Zərərçəkənlər Goranboy Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.