Bəzi tibb müəssisələrinin elektron qeydiyyat sistemində fasilə yaranıb.
Bu barədə TƏBİB-dən məlumat verilib.
"19.12.2024-cü il tarixində səhər saatlarından ölkə üzrə internet təminatını həyata keçirən provayderlərin birində texniki nasazlıq yaranması səbəbindən bəzi tibb müəssisələrinin elektron qeydiyyat sisteminin fəaliyyətində fasilələr qeydə alınıb.
Problemin qısa müddətdə aradan qaldırılması istiqamətində internet provayderi tərəfindən işlər həyata keçirilir" - məlumatda deyilir.