Deputat həmkarlarımın Azərbaycanda tibb sahəsindəki kadr çatışmazlığı ilə bağlı dediklərində həqiqət var.
Gündəmtv.Az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bugünkü plenar iclasında həmkarlarının narazılıqlarına cavabında deyib.
Komitə sədrinin sözlərinə görə, dəfələrlə bu sahədə kadr çatışmazlığı, həkimlərin ixtisaslaşmasındakı problemlər, onkoloji xəstəliklərin icbari tibbi sıığorta zərfinə daxil edilməməsi kimi məsələləri səsləndirilib.
Əhliman Əmiraslanov qeyd edib ki, rayonlarda tibbi kadrların olmaması yox, çatışmaması problemi var: “Dörd il əvvəl səhiyyə sahəsinə dövlət büdcəsindən ayrılan məbləğ 870 milyon idisə, hazırda bu rəqəm icbari tibbi sığorta ilə birlikdə 3 milyardı keçib. İcbari tibbi sığorta nə qədər faydalı olsa da, burada da problemlər var".
Deputat Səyyad Aran çıxışında Azərbaycanda həkimlərin əməkhaqqısı az olduğundan xaricə üz tuturlar, nəticədə kadr çatışmazlığı yaranır.
O qeyd edib ki, 1200-1300 manat məvacib həkimin ehtiyaclarını qarşılamır: “Məndə olan məlumata görə, məsələn, İmişli Rayon Mərkəzi Xəstəxanasında cəmi 30 həkim işləyir. O boyda rayonda sadəcə bir psixiatr var. Bəs camaat kimin üstünə getməlidir?! Yaxud müəllim pensiya yaşına çatan kimi işdən çıxarıb, yerinə yenisini gətirirlər. Lakin pensiya yaşı çatmış həkimlərlə müqavilənin vaxtını uzadaraq işləyirlər. Çünki həkim çatışmır”.
Spiker Sahibə Qafarova isə deputat narazılığına cavab olaraq vurğulayıb: “Həkim çatışmazlığını nəyə əsaslanaraq deyirsiniz? Azərbaycanda həkim çatışmazlığı varsa, bununla bağlı rəsmi məlumat verin. Bugünkü iclasda deputat Aqil Abbas və siz ölkədə həkim çatışmazlığı olduğunu iddia etdiniz. Bununla bağlı statistika təqdim edin!”
Spiker Sahibə Qafarova deputation çıxışına reaksiya verərək bildirdi ki, fakt varsa, rəsmi şəkildə təqdim edilsin.