• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Digər
    • Qarabağ
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
    • Video
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video

Plastik əməliyyatların yaratdığı daha bir problem

Manşet / Cəmiyyət

28-10-2024, 10:31


Bir neçə il öncə Çində məktəblilərin rəsmi tətilindən istifadə edən üç yaxın dost Cənubi Koreyaya plastik əməliyyat etdirməyə gediblər. Çənə və burun əməliyyatlarından sonra simaları tam dəyişildiyi üçün ölkələrinə qayıdarkən hava limanından təyyarəyə buraxılmayıblar. Üz cizgiləri ilə pasportlarındakı şəkilləri uyğun olmadığı üçün polis tərəfindən sorğuya alınıblar. Bu xəbər bir müddət dünya mediasında geniş yayılmışdı.

Ölkəmizdə də estetik əməliyyatlar çiçəklənmə dövrünü yaşayır desək, yanılmarıq. Hətta son zamanlar sosial şəbəkələri göz rənglərini dəyişdirən pasiyentlərin şəkilləri bəzəyir. Maraqlıdır, estetik əməliyyatlardan sonra şəxsiyyət vəsiqələri və xarici pasportlar dəyişdirilməlidirmi?

Kosmetoloq Sahra Səmədzadə qəzetimizə açıqlamasında bildirdi ki, belə əngəllə nəinki pasiyentləri, özü də qarşılaşıb: "Mən də burun əməliyyatımdan sonra xarici ölkələrə getdikdə pasport nəzarətində problem yaşayırdım. Məhz bu səbəbdən pasportumu dəyişdirdim”.

Kosmetoloq düşünür ki, estetik prosedurlar pasiyentlərin simalarında ciddi dəyişikliklərə səbəb olduğu üçün onlar əməliyyatdan sonra pasportlarını dəyişdirməlidirlər: "Bizə insanlar əsasən, burun korreksiyası, dodaq dolğusu, "full face”, üzdə yorğun yanaq sindromunun aradan qaldırılması üçün müraciət edirlər. Bu proseduralardan sonra pasiyentlərin üz quruluşunda müsbət mənada ciddi dəyişikliklər olur. Onlar xarici ölkələrə getdikdə pasport nəzarətində problemlər yaşayırlar. Çünki bu cür kosmetoloji prosedurların icrasından sonra real görüntüləri ilə pasport şəkilləri arasında ciddi uyğunsuzluqlar yaranır. Əsasən, burun əməliyyatı və kosmetoloji prosedurdan sonra pasiyentlərim pasportlarını dəyişdirmək üçün müraciət edirlər. Hazırda aktual olan əməliyyat göz rənginin dəyişdirilməsidir. Düşünürəm ki, bu prosedurdan sonra da pasport mütləq dəyişidirilməlidir”.

Hüquqşünas Sabir Qəniyev deyir ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) maşınla oxunan sənədlərə, o cümlədən pasportlara dair tələbləri tənzimləyən ICAO Doc 9303 sənədini hazırlayıb. Bu, vətəndaşların sərhədləri keçərkən təhlükəsizliyini və identifikasiyasını təmin etmək üçün ölkələrin riayət etməyə borclu olduğu əsas beynəlxalq standartlardır: "Beynəlxalq təcrübədə plastik əməliyyatlar və ya göz rənginin dəyişdirilməsi kimi əməliyyatlardan sonra sənədlərin yenilənməsi, şəxsiyyətin müəyyənləşdirilməsində bu standartlar əsas götürülür. Standartlar çərçivəsində əsas diqqət biometrik məlumatlara - üz şəkli, barmaq izləri və sənəd sahibinin identifikasiyası üçün istifadə olunan digər mümkün biometrik parametrlərə yönəlib”.
Hüquqşünas bildirir ki, bir şəxs xarici görünüşünü əhəmiyyətli dərəcədə dəyişdirdikdə, ölkələr ICAO tövsiyələrinə uyğun olaraq pasportun yenilənməsini tələb edir ki, yeni məlumatlar şəxsin xarici görünüşünü əks etdirsin: "Lakin bununla belə, ICAO standartlarında xarici görünüş dəyişildikdə pasportun mütləq dəyişdirilməli olduğu birbaşa qeyd olunmur. Əgər şəxsin xarici görünüşü plastik əməliyyat və ya göz rənginin dəyişdirilməsi nəticəsində dəyişirsə və onu əvvəlki fotoşəkildən tanımaq mümkün deyilsə, pasport ICAO tövsiyələrinə uyğun olaraq dəyişdirilməlidir. ICAO-nun tövsiyələrinə əsasən, pasportun etibarlılıq müddəti adətən 5-10 ildir, lakin xarici görünüşdə əhəmiyyətli dəyişikliklər olduqda sənədlər müddətin bitməsinə qədər yenilənməlidir. Bu, xarici görünüşdəki dəyişikliklərin vizual identifikasiyanı və üztanıma sistemlərinin işini çətinləşdirməsi ilə bağlıdır”.

Azərbaycanda şəxsiyyət vəsiqəsinin verilməsi qaydalarına gəldikdə isə, mütəxəssis vurğulayır ki, bu qaydaları Prezidentin müvafiq fərmanı müəyyən edir. Lakin Azərbaycanda da xarici görünüş dəyişdirildikdə şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi ilə bağlı birbaşa tələb yoxdur: "Bu Əsasnamə İCAO-nun tələblərinə uyğun tənzimlənir. Azərbaycan, ICAO-nun üzv dövləti kimi, bu tövsiyələrin yerinə yetirilməsinə ciddi nəzarət edir ki, pasportların təhlükəsizlik və identifikasiya tələblərinə uyğunluğu təmin olunsun”.

Azərbaycanın milli qanunvericiliyində isə şəxsin xarici görünüşündəki dəyişikliklər identifikasiyanı çətinləşdirəndə pasportun yenilənməsi tələb edilir: "Bu, plastik əməliyyatlar və ya göz rənginin dəyişdirilməsi kimi əhəmiyyətli dəyişiklikləri əhatə edir. Əgər şəxsin üz quruluşu dəyişibsə və onu pasportdakı fotoşəkildən tanımaq çətindirsə, pasport dəyişdirilməlidir. Bu qayda ICAO standartlarına riayət etməkdən irəli gəlir, çünki dəqiq vizual identifikasiya sərhədlərdə təhlükəsizliyin təmin edilməsinin əsas elementidir. Həmçinin şəxs xarici görünüşündəki dəyişiklikləri əks etdirməyən pasportunu vaxtında yeniləmədikdə, səyahət zamanı müxtəlif çətinliklərlə üz-üzə gəlmə ehtimalları artır. Bu çətinliklər sərhəd keçidində və ya rəsmi yoxlamalarda şəxsiyyətin dəqiq müəyyənləşdirilməməsi ilə bağlı problemləri əhatə edə bilər. Belə hallarda sərhəd mühafizəçiləri və ya digər müvafiq orqanlar əlavə sənədlər və ya təsdiq tələb edə bilər ki, bu da səyahəti daha da mürəkkəbləşdirir”.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev "Kaspi” qəzetinə bildirdi ki, biometrik şəxsiyyət vəsiqəsinin göstəricilərinə əsasən, şəxsin üz quruluşunun və yaxud göz rənginin dəyişdirilməsi onun kimliyini müəyyən etməkdə maneə yaratmır.

DİN yanında Baş pasport, Qeydiyyat və Miqrasiya idarəsindən isə mətbuata bildirilib ki, plastik əməliyyatlardan sonra üz cizgilərində kəskin dəyişikliklər olarsa, şəxsiyyət vəsiqəsi mütləq dəyişdirilməlidir. Vəsiqəni almaq üçün ASAN xidmətə yaxınlaşdıqda estetik sənədlər və eyniləşdirmə aparmaq tələb olunur. Həmin şəxsin yaxın qohumları çağırılır və aktlaşdırma aparılır. ("Kaspi" qəzeti)

Paylaş:
Digər xəbərlər

Manşet / Cəmiyyət

25-10-2024, 17:19

Burun və qulaq əməliyyatı etdirənlərin nəzərinə! - Şəxsiyyət vəsiqənizi dəyişməsəniz...

Manşet / Cəmiyyət

30-09-2024, 17:21

Gəncədə 31 yaşlı qızın öldüyü xəstəxananın sahibkarı: "Dinimizə uyğun deyil" - YENİLƏNİB

Manşet / İqtisadiyyat

15-09-2024, 22:00

Kredit kartları ilə bağlı yeni qaydalar: Banklar niyə sərtləşməyə gedir?

Manşet / Cəmiyyət

10-08-2024, 00:40

Xaricdə sürücülük vəsiqəsi alıb Azərbaycana gələn şəxslər onu dəyişdirməlidirlər?

Manşet / Cəmiyyət

31-05-2024, 19:50

Plastik qablarda satılan sulardan gələn QOXU – Mütəxəssis səbəbləri AÇIQLADI

Araşdırma
Kriminal
5-05-2025, 14:26
Məhkəmədə Serj Sarkisyan və Movses Akopyanın işğalda iştirakını ifşa edən material nümayiş olunub
21-04-2025, 20:38
Bayrağı təhqir etdiyi üçün kirayədə qaldığı evin sahibini öldürdü - HÖKM
21-04-2025, 14:20
Yüzlərlə Xocalı sakini Xankəndidə idi - Qukasyan soyqırımından danışdı
21-04-2025, 11:31
Bakıda 51 nəfərin zəhərlənməsi: prokurorluqda araşdırma başladı
18-04-2025, 15:57
"Sən türksən” deyib məni təpiklədi
18-04-2025, 13:20
Təkcə bir kartdan 34 min pul oğurlandı
Son xəbərlər
  • Dünən, 23:01
    Təzə pomidorları soyuducuda saxlamayın: ən yaxşı yer haradır?
  • Dünən, 20:43
    XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
  • Dünən, 20:20
    Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
  • Dünən, 19:30
    Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərov V Dan qara kəmər dərəcəsinin fəxri diplomuna layiq görülüb
  • Dünən, 18:10
    Pakistan Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib
  • Dünən, 14:31
    “Xankəndi” Biznes Mərkəzi rezident şirkətlər üçün müasir və rahat işgüzar mühit təklif edəcək
  • Dünən, 14:15
    Moskva və Sankt-Peterburq arasında hava əlaqəsi iflic olub
  • Dünən, 13:05
    Xankəndidəki tikiş fabriki Azərbaycan-Özbəkistan investisiya əməkdaşlığının bariz nümunəsidir
  • Dünən, 12:53
    Azərbaycan Keniyanın Gənclərin Liderlik və İnnovasiya Mərkəzinə maliyyə yardımı təqdim edib
  • Dünən, 12:40
    Doktoranturaya qəbul üzrə danışıq imtahanları keçirilib
  • Dünən, 11:31
    Ağdamın Xıdırlı kəndinə 6 minə yaxın əhalinin köçürülməsi nəzərdə tutulur
  • Dünən, 11:24
    Anar Bağırov: Vəkillər Kollegiyasına qəbul müntəzəm həyata keçirilir
  • Dünən, 10:10
    Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu layihəsi Beynəlxalq Yol Federasiyasının mükafatına layiq görülüb
  • Dünən, 10:05
    Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün imtahan başlayıb - YENİLƏNİB
  • Dünən, 09:17
    Elçin Əmirbəyov: Ermənistanla normallaşma üçün saziş layihəsinin mətni üzrə müzakirələr tamamlanıb
  • Dünən, 05:30
    Bu gün 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
  • 5-07-2025, 18:20
    Ruanda səfiri: Azərbaycan müstəqillik illərində sülhə üstünlük verib və bu, nailiyyətlər qazandırıb
  • 5-07-2025, 17:17
    Şuşada ilk dəfə Aşura ilə əlaqədar qanvermə aksiyası keçirilib
  • 5-07-2025, 17:12
    Azərbaycan pilotlarının yüksək peşəkarlıq sərgilədiyi “Anadolu Qartalı-2025” təlimindən
  • 5-07-2025, 10:22
    Dövlət Dəniz və Liman Agentliyi zərərdən mənfəətə keçib
  • 5-07-2025, 10:13
    "Anadolu Qartalı-2025"də iştirak edən azərbaycanlı pilot: Məqsəd ölkələrin taktika və texnikalarını öyrənməkdir
  • 5-07-2025, 02:00
    Qərbi Azərbaycan Xronikası: Güllə səsləri eşidilirdi, camaat məcbur qalıb kəndi tərk etdi
  • 4-07-2025, 16:43
    Mediada saxta məlumatların dərc edilməsinə yol verilməməsinə dair yeni normalar müəyyənləşir
  • 4-07-2025, 16:01
    Mahinur Özdemir Göktaş: Laçında keçirilən İƏT Qadınlar Forumu əhəmiyyətli regional dialoqun başlanğıcı olub
  • 4-07-2025, 16:00
    ECO-nun Baş katibi: Xankəndidə tarixi Zirvə görüşünün təşkilində yaxından iştiraka görə İlham Əliyevə təşəkkür edirik
  • 4-07-2025, 15:21
    Türkmənistanlı nazir: ECO enerji üzrə əməkdaşlığın gücləndirilməsi istiqamətində böyük potensiala malikdir
  • 4-07-2025, 14:38
    Emoməli Rəhmon: "Tacikistan ECO-ya üzv ölkələrlə ticarət dövriyyəsini artırmaqda maraqlıdır"
  • 4-07-2025, 14:38
    Ərdoğan: Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram
  • 4-07-2025, 14:12
    Ermənistan silahlı qüvvələrinin Kəlbəcərin işğalı zamanı mülki əhalini, uşaqları atəşə tutması ilə bağlı ifadələr dinlənilib – MƏHKƏMƏ
  • 4-07-2025, 13:40
    İlham Əliyev: Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib
  • 4-07-2025, 13:37
    Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
  • 4-07-2025, 12:22
    Rusiyanın Kiyevə hücumu nəticəsində azərbaycanlılara məxsus restoran yanıb - FOTOREPORTAJ
  • 4-07-2025, 12:17
    İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib
  • 4-07-2025, 12:13
    TDT-nin Baş katibi ECO-nun 17-ci Zirvə görüşündə iştirak etmək üçün Xankəndidədir
  • 4-07-2025, 12:07
    Ərdoğan Azərbaycana səfərə gəlib - YENİLƏNİB
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • E-mail: gundemtvazz@gmail.com
  • Telefon: (+99450) 253 75 01
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • Müsahibə
  • İdman
  • Araşdırma
  • Mədəniyyət
  • Elm və təhsil
  • Səhiyyə
  • Şou-biznes
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur.Gundemtv.az 2021-2024
Gundemtv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə