Sumqayıt şəhərində restoranda baş verən yanğın söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində, 17-ci mikrorayon ərazisində restoranda yanğın baş verməsi barədə məlumat daxil olub və əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin müdaxiləsi sayəsində baş vermiş yanğın söndürülüb.
***
Sumqayıtda restoran yanır.
Gündəmtv.az “Report” a istinadən məlumat verir ki hadisə şəhərin 17-ci mikrorayonunda yerləşən “Baharlı restoranında qeydə alənıb.
Yanğın yerinə FHN-in DYMX-nin canlə qüvvəsi və texnikası cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər aparılır.