Böcəklərin Avropaya yayılması nəzarətdən çıxa bilər. Bu, xüsusilə Fransa və Almaniya üçün təhlükəlidir.
"Gündəmtv.az" xəbər verir ki, bunu ziyanvericilərlə mübarizə üzrə ekspert Manfred Bolts “Bild” nəşrinə açıqlamasında deyib.
“İndiyədək belə bir şeylə qarşılaşmamışdım. 8 il ərzində əsl böcək dalğası toplanıb. Rəsmi olaraq təkcə Fransada üç milyon xəstəliyə yoluxma halı var. Almaniyada 7 milyondan çox ola bilər”, - Bolts bildirib.
Boltsun sözlərinə görə, böcəklər Avropa üçün yeganə təhlükə deyil:
“Digər zərərvericilər - siçovullar və siçanlar Avropada görünməmiş sürətlə yayılır. Biz böcəklər, siçovullar və siçanlarla mübarizədə məğlub oluruq”.(axar.az)