"Əlavə təqaüdlər müvafiq seçimlər və kriteriyalar əsasında həyata keçiriləcək. Hazırda bununla bağlı mexanizmlər hazırlanır”.
Bu fikirləri Qarabağ Universitetinin rektoru Şahin Bayramov "Azərbaycan müəllimi” qəzetinə müsahibəsində deyib.
Ş.Bayramov qeyd edib ki, tərəfdaşlarla bu istiqamətdə müzakirələr aparılır: "Bildiyiniz kimi, bu ayın 9-dan etibarən ixtisas seçimi başlayıb. İxtisas seçimi bitdikdən və müvafiq ixtisaslar üzrə tələbələrimizin universitetimizə qəbul ballarını müəyyən etdikdən sonra bununla bağlı qərar veriləcək. Qərara uyğun şəkildə bal toplamış tələbələrə əlavə təqaüdlərin verilməsi imkanları nəzərdən keçiriləcək. Bundan əlavə, universitetimizdə bir sıra adlı təqaüdlərin verilməsi də nəzərdə tutulur. Tələbələrimiz bəlli olduqdan sonra təqaüdlərin verilməsi ilə bağlı məlumatlar onlara çatdırılacaq”.