QARABAĞ AZƏRBAYCANDIR!

Ziya Məmmədovun qardaşı oğlu bu məmurun qızı ilə ailə həyatı qurub - FOTO 351
2022-10-13 09:33 | 0 Rəy

Ziya Məmmədovun qardaşı oğlu bu məmurun qızı ilə ailə həyatı qurub - FOTO

Xəbər verdiyimiz kimi, dünən Ziya Məmmədovun qardaşı oğlunun toyu olub.

Sabiq Nəqliyyat nazir Ziya Məmmədovun qardaşı oğlu Arzuman Məmmədov Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayevin qızı ilə ailə həyatı qurub.

Ötən gün keçirilən dəbdəbəli məclisdə xeyli sayda sənət nümayəndəsi iştirak edib.

Gecədə türkiyəli müğənni Alişan, Xalq artisti Röya Ayxan, Əməkdar artistlər Sevda Ələkbərzadə, Abbas Bağırov, müğənni Zamiq Hüseynov da səhnə alıb. Tədbirin aparıcısı isə Leyla Quliyeva olub.

Məclisdən sonra isə Abbas Bağırov və müğənni Vüsal Hacıyevin də yer aldığı yığıncaq təşkil edilib. Sənətçilərimiz Alişanla birlikdə mahnılar səsləndirib.

Konkret.az

Qalareya

Gundemtv.az Gundemtv.az

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş