QARABAĞ AZƏRBAYCANDIR!

Zığa işləyən marşrut xətti “BakuBus”a verildi 9
2023-02-07 18:42 | 0 Rəy

Zığa işləyən marşrut xətti “BakuBus”a verildi

Fevralın 8-dən Zığ qəsəbəsi – “Qara Qarayev” metrostansiyası istiqamətində hərəkət edən 44 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımalar “BakuBus” MMC-yə məxsus avtobuslara yerinə yetiriləcək.

Bu barədə Gündəmtv.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib.

Qeyd edək ki, 44 nömrəli marşrut xətti üzrə xidmət keyfiyyətinin artırılması ilə bağlı vətəndaşlardan çoxsaylı müraciətlər daxil olurdu. Yeni avtobusların istismara verilməsi 15 min nəfərdən artıq sakinin yaşadığı Zığ qəsəbəsi istiqamətində sərnişindaşımaların daha rahat və təhlükəsiz formada daşınmasına imkan verəcək.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş