Zəlzələdən zərərçəkənlər üçün bir gündə 90 min dollardan çox ianə TOPLANDI
Türkiyənin Astanadakı səfiri Ufuk Ekici zəlzələdən zərərçəkənlərə yardım üçün başladıqları kampaniya çərçivəsində Qazaxıstanda açdıqları bank hesabına bir gündə 90 min dollardan çox pul yığıldığını açıqlayıb.
Gündəmtv.az “TRT Haber“ə istinadən xəbər verir ki, səfir episentri Kahramanmaraşın Pazarcık və Elbistan rayonlarında olan və 10 əyalətdə baş verən güclü zəlzələlərlə bağlı Qazaxıstan mətbuatına məlumat verib.
Brifinqdən sonra açıqlama verən Ekici bu ağır gündə Türkiyəyə mənəvi və maddi dəstəyini əsirgəməyən qardaş qazax xalqına minnətdarlığını bilirib.
O qeyd edib ki, toplanan vəsait AFAD-ın rəsmi ianə hesabına köçürüləcək:
“Bu gündən etibarən 90 min dollardan çox ianə toplanıb. Burada toplanan pulu AFAD-ın Türkiyədəki rəsmi ianə hesabına köçürəcəyik”. Konkret.az
0 şərh:
Səndə öz fikrini bizimlə bölüş