QARABAĞ AZƏRBAYCANDIR!

Zəlzələ bölgəsində 60 mindən çox bina söküləcək 112
2023-02-16 13:30 | 0 Rəy

Zəlzələ bölgəsində 60 mindən çox bina söküləcək

Türkiyənin zəlzələnin təsir etdiyi bölgələrində 61 722 bina yaşayış üçün tamamilə yararsız hesab edilib.

Gündəmtv.az xəbər verir ki, bu barədə ölkənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi məlumat yayıb.

Araşdırmalar nəticəsində məlum olub ki, 13 917 bina orta dərəcədə zədələnib. Tamamilə yarasız hesab edilən binaların hamısı söküləcək.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ ciddi dağıntılara səbəb olub. Təbii fəlakət zamanı 36 mindən çox insan həyatını itirib.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş