Zelenski Putinlə danışıq ehtimalını qiymətləndirdi
Ukrayna Prezidenti Volodimir Zelenski hazırda Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara başlamağı planlaşdırmadığını vurğulayıb.
Bu barədə "Gündəmtv.az" Ukrayna dövlət başçısının CNN telekanalına müsahibəsindəki açıqlamasına istinadən xəbər verir.
“Bu gün, yox. Mən onların (Rusiya – red.) tərəfində konstruktivlik istəyini görmürəm. Onların ultimatumlarına gəlincə, bunları kimin irəli sürməsi məni maraqlandırmır – o (Putin – red.) və ya başqa kimsə. Bu mənim prinsipimdir – ultimatum səsləndirənlərlə danışmayacam”, – Ukrayna Prezidenti Putinlə danışıqlarla bağlı sualı cavablandırıb.
O, həmçinin vurğulayıb ki, Ukrayna ilə Rusiya arasında istənilən razılaşma yalnız qarşı tərəfin qoşunlarının Ukrayna ərazisindən tamamilə çıxarılması halında bağlana bilər.
0 şərh:
Səndə öz fikrini bizimlə bölüş