QARABAĞ AZƏRBAYCANDIR!

"Zəfər Yolu" kitabı türk dilində  dərc edildi 73
2023-10-24 23:00 | 0 Rəy

"Zəfər Yolu" kitabı türk dilində dərc edildi

Gündəmtv.az xəbər verir ki,tanınmış yazıçı-publisist, tarix  üzrə fəlsəfə doktoru İradə Əlilinin və jurnalist Vüqar Şahinoğlunun müəllifi olduğu "Zəfər Yolu" kitabı türkiyə türkcəsində nəşr olunub. Türk dilində qardaş türkiyə oxucuları üçün nəzərdə tutulub.

Kitabın ön sözünü millət vəkili Ceyhun Məmmədov yazıb. Redaktoru əməkdar jurnalist Elnarə Dərziyeva, məsləhətçiləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili-Ombudsman Aparatının əməkdaşı, yazıçı, şairə Azadə Yunusova, Hollandiyada yaşayan həmyerlimiz İlkanə Yusifova, türkiyə türçəsinə tərcümə edən filologiya üzrə fəlsəfə doktoru Kəmalə Ələkbərova, korrektorları ADU-nun tələbəsi Ləman Bağırlı, Səadət Tanrıverdiyeva, dizayneri Leyla Babazadədir. 

Kitab 44 günlük Zəfər müharibəsindən bəhs edir. 30 iltorpaq həsrəti ilə yaşamış Azərbaycan xalqı bu zəfəri, sevinci gözləyirdi. Bizim haq savaşı idi. 
Ali baş komandanımız, Prezidentimiz İlham Əliyevin apardığı uğurlu siyasət, müzəffər ordumuzun şücaəti, cəsarəti sayəsində torpaqlarımız işğaldan azad olundu. 

Burada Azərbaycan Respublikasının Prezidenti Ali baş komandan İham Əliyevin Zəfər müharibəsi dövründə etdiyi çıxışlar, verdiyi fərmanlar toplanıb. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonundan olan ictimaiyyət və media nümayəndələrinin fikirləri, köşə yazıları, müsahibələri öz əksini tapıb. 

Xatırladaq ki, bir müddət öncə kitab Azərbaycan və İngilis dillərində də nəşr edilib.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş