QARABAĞ AZƏRBAYCANDIR!

Zabux kənd tam orta məktəbi əsaslı təmir ediləcək - SƏRƏNCAM 8
2022-09-22 14:05 | 0 Rəy

Zabux kənd tam orta məktəbi əsaslı təmir ediləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev Laçın rayonu, Zabux kənd tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

"Gündəmtv.az" xəbər verir ki, sərəncamla Laçın rayonu, Zabux kənd tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası məqsədilə 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Elm və Təhsil Nazirliyinə ilkin olaraq 300 min manat ayrılıb.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş