QARABAĞ AZƏRBAYCANDIR!

Yetkinlik yaşına çatmayan şəxslərə yeni QADAĞA 38
2023-11-17 14:23 | 0 Rəy

Yetkinlik yaşına çatmayan şəxslərə yeni QADAĞA

Yetkinlik yaşına çatmayan şəxslərə dair yeni qadağa müəyyənləşir.

Gündəmtv.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət-Prosessual Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, cinayət təqibi üzrə qiyabi icraatın xüsusiyyətləri müəyyənləşir. Məhkəməyədək qiyabi icraat yalnız ibtidai istintaq şəklində aparılacaq.

Barəsində cinayət təqibi üzrə qiyabi icraat aparılan təqsirləndirilən şəxsə dair cinayət işi ayrıca icraata ayrılacaq. Yetkinlik yaşına çatmayan şəxslər barəsində cinayət təqibi üzrə qiyabi icraatın aparılmasına isə yol verilməyəcək.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş