QARABAĞ AZƏRBAYCANDIR!

Yerli karqo şikəti kreditini ödəyə bilmir 47
2023-09-18 16:20 | 0 Rəy

Yerli karqo şikəti kreditini ödəyə bilmir

“Mover” MMC və onun təsisçisi Şəmistanlı Arif Hacı oğlu məhkəməyə verilib.

“Gündəmtv.az”ın məlumatına görə, “Bank Respublika” ASC karqo şirkəti və onun sahibi ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib. 

Məhkəmə işinin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - kredit müqaviləsi üzrə mübahisələrdir.

İşə hakim Emin Əliyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, bir müddət əvvəl “Mover” MMC rəsmi olaraq olmasa da faktiki olaraq fəaliyyətini dayandırdığını açıqlayıb. Kredit borcu ilə bağlı “Ferrum Kapital” QSC də şirkəti məhkəməyə verib.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş