QARABAĞ AZƏRBAYCANDIR!

Yenidən qurulan Qubadlıda əsasən hansı sahələr inkişaf edəcək? – Millət vəkilindən AÇIQLMA 231
2021-10-25 12:50 | 0 Rəy

Yenidən qurulan Qubadlıda əsasən hansı sahələr inkişaf edəcək? – Millət vəkilindən AÇIQLMA

Bu gün Qubadlı şəhərinin işğaldan azad olunmasından bir il keçir. Düz 1 il öncə, müzəffər Ali Baş Komandan xalqa müraciəti zamanı Qubadlı şəhəri və rayonunun 7 kəndinin, Zəngilan və Cəbrayıl rayonlarının bir sıra kəndlərinin işğaldan azad olunduğunu bildirib.

Bəs Qubadlı rayonu hansı iqtisadi potensiala malikdir?

"Gündəmtv.az" xəbər verir ki,  Millət vəkili, iqtisadçı alim Vüqar Bayramov KONKRET.az-a açıqlamasında bildirib ki, Qubadlı rayonu 1993-cü il erməni işğalınadək 1 şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsinə malik olub: “27 illik işğal müddətində rayon ermənilər tərəfindən xarabılığa çevrilib, əmlakı məhv edilib və talanıb. 13,2 min hektar meşə sahəsi də işğal müddətində ermənilər tərəfindən ekoloji soyqırıma məruz qalıb. İşğaldan azad olunan digər rayonlarımız kimi Qubadlı da böyük iqtisadi potensiala malikdir. İşğala qədər Qubadlı rayonunda əsasən kənd təsərrüftı inkişaf edib. Rayonda əsasən taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük olub. Belə ki, Qubadlı rayonunda ildə 15 min tona yaxın taxıl məhsulları,12 min tona yaxın yem, orta hesabla 2 min ton tütün, 3 min ton üzüm, 1.2 min tonadək ət və 2 min tona qədər süd məhsulları istehsal olunub”.

Vüqar Bayramov: "Zəngəzur dəhlizi region üçün strateji əhəmiyyətə malik  olacaq”

Millət vəkili əlavə edib ki, Qubadlı rayonunda təbii ehtiyatların da həcminin çox olması sənayenin inkişafı üçün yeni imkanlar yaradır: “Bu baxımdan, yenidən qurulacaq Qubadlı rayonunda sənaye məhsullarının da istehsal olunacağı gözlənilir. Şərqi Zəngəzurun digər rayonları kimi Qubadlının da turizm potensialı kifayət qədər yüksək qiymətləndirilir. Xüsusən də yay, qış və sağlamlıq turizm imkanları böyükdür. İşğaldan azad olunan digər rayonlarımız kimi Qubadlı rayonu da bərpa və yenidənqurma mərhələsinə qədəm qoyub. Həyat və gülüşün Şərqi Zəngəzurun bu hissəsinə qayıdacağı gün də uzaqda deyi

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş