QARABAĞ AZƏRBAYCANDIR!

Yeni plan! - “Bakıda ancaq deputatlar və nazirlər ev ala biləcəklər” 51
2023-03-01 19:00 | 0 Rəy

Yeni plan! - “Bakıda ancaq deputatlar və nazirlər ev ala biləcəklər”

Azərbaycanda 9 mərtəbədən hündür yaşayış binalarının tikintisinin dayandırılması planı bahalaşma yaradacaq. MTK-lar belə bir yükün altına girsələr belə, ya onlar zərərə işləyəcək, ya da daşınmaz əmlak bazarında qiymətlərin kəskin qiymət artımı ilə nəticələnəcək. Bu hər şeydən əvvəl Mənzil-Tikinti Kooperativləri, tikinti şirkətləri üçün əlavə xərc deməkdir.

Gündəmtv.az xəbər verir ki, bu sözləri açıqlamasında daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı deyib.  Azərbaycanda 9 mərtəbədən hündür yaşayış binalarının tikintisinin dayandırılması planını şərh edən ekspert deyib ki, sözügedən plan təsdiq olunduğu təqdirdə  tikinti  şirkətləri köhnə binaları söküb, yerində yeni bina tikməyə və üstəlik sakinləri yeni mənzillərlə təmin etməyə maraqlı olmayacaq:

“Bu şərtlərlə bina tikmək maddi cəhətdən xeyli miqdarda əlavə vəsait tələb edir. MTK-lar belə bir yükün altına girsələr belə, ya onlar zərərə işləyəcək, ya da daşınmaz əmlak bazarında qiymətlərin kəskin bahalaşması ilə nəticələnəcək. Mənzilin bir kvadratmetrinin başa gəlmə dəyəri indiki qiymətlərlə müqayisədə xeyli artmış olacaq ki, bu da MTK-ların gəlir əldə etmək imkanlarını məhdudlaşdıracaq. Hesab edirəm ki, bu qadağaları paytaxt ərazisi üzrə tətbiq etmək onsuz da sıravi vətəndaşlar üçün əlçatmaz olan  qiymətləri daha da qaldıracaq.  O zaman da Bakıda ancaq millət vəkilləri, nazirlər və digər yüksək vəzifəli idarə rəisləri  ev ala biləcək”. /Sherg.az

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş