QARABAĞ AZƏRBAYCANDIR!

Yeni Klinika bütün vətəndaşlara tibbi xidmətlər göstərəcək 107
2022-09-21 14:04 | 0 Rəy

Yeni Klinika bütün vətəndaşlara tibbi xidmətlər göstərəcək

“Yeni Klinikada bir aydan sonra bütün vətəndaşlara tibbi xidmətlər göstəriləcək”.

Gündəmtv.az  xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Yeni Klinika artıq təkcə koronavirus xəstələrinin müalicəsinə deyil, digər sahələr üzrə də xidmət göstərəcək: “Artıq bununla bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir. Yeni Klinikada çoxlu sayda əməliyyatxana və palatalar var. Bundan əlavə, yaxın zamanlarda Azərbaycanda mövcud olmayan və bu günədək həyata keçirilməyən bir sıra əməliyyatlar bu xəstəxanada icra olunacaq. Eyni zamanda qısa müddətdə robotik cərrahiyyə həyata keçiriləcək”.

V.Qurbanov bildirib ki, Yeni Klinikada poliklinika şöbəsi tam fəaliyyətdədir və hazırda bir sıra əməliyyatlar da həyata keçirilir.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş