QARABAĞ AZƏRBAYCANDIR!

Yaralıları xəstəxanaya aparan təcili tibbi yardım avtomobili qəzaya düşdü 140
2023-08-11 17:08 | 0 Rəy

Yaralıları xəstəxanaya aparan təcili tibbi yardım avtomobili qəzaya düşdü

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Gündəmtv.az-ın məlumatına görə, hadisə rayonun Aşağı Göycəli kəndində qeydə alınıb.

Hərəkətdə olan iki avtomobil toqquşub və üç nəfər xəsarət alıb.

Həmin şəxsləri xəstəxanaya aparan təcili tibbi yardım avtomobili Ağstafa şəhərində Bayraq Meydanının qarşısında qəzaya düşüb.
Nəticədə yaralılar başqa təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş