QARABAĞ AZƏRBAYCANDIR!

“Yango” Azərbaycandakı müştərilərinin məlumatlarını Rusiya FTB-yə ötürəcək? 109
2023-08-09 16:51 | 0 Rəy

“Yango” Azərbaycandakı müştərilərinin məlumatlarını Rusiya FTB-yə ötürəcək?

“Yandex Go” və ya Rusiya xaricində “Yango” kimi tanınan “Yandex” taksi xidmətinin xarici istifadəçilərin məlumatlarını Rusiyanın Federal Təhlükəsizlik Bürosuna (FTB) ötürülməsi ilə bağlı sentyabrın 1-də qanun qüvvəyə minəcək.

Gündəmtv.az xəbər verir ki, yeni qanuna əsasən, FTB sentyabrın 1-dən günün istənilən saatında Azərbaycan, İsrail, Qazaxıstan, BƏƏ, Əlcəzair, Pakistan, Norveç, Finlandiya, Ermənistan və Gürcüstan kimi ölkələrdə fəaliyyət göstərən “Yango” taksi xidmətinin müştərilərinin məlumatlarını əldə etmək imkanına malik olacaq.

Rusiyanın Baş naziri Mixail Mişustin artıq bununla bağlı qərarı imzalayıb. Ehtimal edilir ki, bu qərar daha çox siyasi repressiyalardan qaçan, səfərbərlikdən yayınan şəxslərə təsir edəcək. Rusiya hakimiyyətinin tələbi ilə dəfələrlə fərarilərin və siyasi fəalların Qazaxıstan və Ermənistandan deportasiyası halları da olub.

Bununla belə “Yandex” şirkəti xarici ölkələrdəki müştərilərin məlumatlarını FTB-yə təqdim etməyəcəklərini açıqlayıb. Şirkətin mətbuat xidmətindən bildirilib ki, səyahətlərlə bağlı məlumatlar yalnız səyahətlərin həyata keçirildiyi ölkənin hüquq-mühafizə orqanları tərəfindən qanunlara uyğun olaraq verilə bilər. Sentyabrın 1-dən də bu qayda dəyişməyəcək”.

Artıq bir sıra ölkələr “Yango” taksi xidmətinə müştərilərinin məlumatlarını Rusiyaya ötürməyi qadağan edib. Finlandiya şirkətin ölkədəki bütün hesablarını dondurub.

Qeyd edilib ki, 2011-ci ildən fəaliyyətə başlayan taksi xidmətindən indiyədək 36 milyon insan istifadə edib.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş