Xətai rayon 95 saylı məktəbdə son zəng çalınıb - FOTO
Bu gün Azərbaycan məktəblərində son zəng çalınıb.
Gündəmtv.az xəbər verir ki, məktəblilərin son zəng günü Xətai rayon 95 saylı orta məktəbdə də böyük sevinc və coşğu ilə qeyd edilib.
Son zəng tədbirində Xətai rayon İcra Hakimiyyətinin vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı Bəkir Əsgərzadə və Xətai rayon Bələdiyyəsinin üzvü Səbinə Abdullayeva da iştirak edib.
Qonaqlar məzunları təbrik edərək, onlara təmsil olunduqları qurumların adından ən xoş arzularını çatdırıblar.
Gündəmtv.az
0 şərh:
Səndə öz fikrini bizimlə bölüş